İnsan Resursları üzrə mütəxəssis vakansiyası

Vəzifə : İnsan Resursları üzrə mütəxəssis
Əmək haqqı: 800 – 1000 Azn
İş qrafiki : Həftədə 5 gün

Namizədə Tələblər:

– İnsan Resursları sahəsində iş təcrübəsi – 3 ildən artıq
– Azərbaycan və rus dillərini əla səviyyədə bilməli
– Ms Office (Outlook, MS Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli
– Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilməli
– Ali təhsil
– E-gov Elektron Hökumət Portalında mükəmməl işləyə bilmək

Vəzifə öhdəlikləri:

– Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək
– İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişiklikləri müntəzəm olaraq qeydiyyatını aparmaq
– Əmək kitabçalarında qeydlər aparmaq
– Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
– İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması
– Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək
– İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək
– İşə Qəbul müsahibələrinin / ilkin görüşlərin keçirilməsi və dəyərləndirilməsi

Qeyd:

Müsahibə bütün daxil olan və seçilən CV –lər əsasında aparılacaq. CV – lər 30 aprel 2021-ci il tarixinədək qəbul olunur. Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Bir cavab yazın

Back to top button