İnsan Resursları üzrə mütəxəssis vakansiyası

İnsan Resursları üzrə mütəxəssis

Vəzifə öhdəlikləri :
– İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
– İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
– Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
– E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
– Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;

Namizədlə bağlı tələblər :
– AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilməli;
– İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmalı;
– MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
– İnsan resursları sahəsində ən azı 2 il iş təcrübəsi;

İş şəraiti:
– İş günləri: I-V günlər
– İş saatı: 09:00-18:00
– Rəqabət qabiliyyətli əmək haqqı

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] email ünvanına mövzu hissəsinə “İnsan Resursları üzrə mütəxəssis” qeyd edərək göndərə bilərsiniz.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir