Çərşənbə axşamı, 1 İyul, 2025

İnsan Resursları üzrə ödənişli Yay Təcrübə Proqramı


  • Dərc edildi: 26 May, 2022 - 17:10
İnsan Resursları üzrə ödənişli Yay Təcrübə Proqramı

  • Təsvirİnsan Resursları üzrə təcrübəçi çalışdığı bölmə üzrə İnsan resursları üzrə mütəxəssislərin rəhbərliyi altında aşağıdakı işləri icra edir: İşə qəbul komandası ilə:
    • Yaranan vakansiyaların qarşılanması, uyğun namizədlərin tapılması yönündə aktiv iştirak edir;
    • Mövsüm dövrünə hazırlıq zamanı ən azı 1 ay əvvəldən tələb olunacaq işçilərin sayını və vəzifələrini yerli rəhbərliyə təqdim etmək üçün araşdırma edir;
    Sənədləşmə komandası ilə:
    • İşçilərin şəxsi işlərini formalaşdırır, səliqəli saxlayır;
    • İşə qəbul, işdən azad, vəzifə dəyişikliyi, məzuniyyət, ezamiyyət və istehsalat əmrlərinin verilməsinə yardım edir;
    Payroll komandası ilə:
    • İşçilərinin əmək haqqı hesablanmasına yardım edir;
    • Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən işə qəbul edilən, işdən işdən azad edilən, vəzifə dəyişikliyi, sənədləşmə işlərini həyata keçirilməsində kömək edir;
    • Kadrlar üzrə tələb edilən hesabatların hazırlanması və vaxtında təqdim edilməsini həyata keçirir;
    Təlim və inkişaf komandası ilə:
    • Təlim bazarı araşdırması edir, təlim şirkətləri ilə əməkdaşlıq üzrə danışıqlar aparır, şirkətin ehtiyacları ilə qarşılaşdırır;
    • Təlimlərin təşkilində iştirak edir, təlim sorğuları keçirir;
    • Rəqəmsal öyrənmə üzrə araşdırma edir və təşəbbüslər göstərir.
  • Tələblər
    • Müvafiq sahə üzrə ali təhsil (Biznesin idarə olunması, iqtisadiyyat, Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr və digər);
    • Azərbaycan dilini səlis, rus dilini orta səviyyədə bilməsi üstünlükdür;
    • Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.
    Səriştələr:
    • Məsuliyyətli
    • Şəxsi inkişafa meylli
    • Pozitiv
    • Özünütəşkiletmə qabiliyyəti
    • Nailiyyət yönümlülük
    • Etibarlılıq
    • Dürüstlük
    Əlavə məlumat:
    • İş qrafiki:Beş günlük iş həftəsi (09:30-18:30);
    • İş yeri: Baki şəhəri, Qafqaz Business Center;

Müraciət et

__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 70
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 39
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 218
Məktəbəhazırlıq qrup...