31 Oktyabr 13:28

İnsan Resursları (HR) üzrə ödənişsiz seminar

Azem Group İnsan Resursları sahəsində maraqlı şəxsləri İnsan Resursları üzrə ödənişsiz seminara dəvət edir!

Seminar 7 noyabr 2017 tarixində 19:00-da Caspian Plazada baş tutacaq.

Karyerasını İnsan Resursları sahəsində qurmaq istəsən şəxslər və ya İnsan Resursları sahəsində çalışan mütəxəssislər seminarda iştirak edə bilərlər.

İştirakçılar İnsan Resursları, onun funksiyaları və xüsusilə planlaşdırma metodları haqqında ətraflı məlumat alacaqlar.

Seminar 9 ildən artıq İnsan Resursları sahəsində aparıcı vəzifələrdə çalışmış Zaur Zeynalov tərəfindən keçiriləcəkdir.

İş təcrübəsi:
İnsan Resursları Departamentinin Direktoru – Delta Qrup CO MMC
Kompetensiyaların İnkişafı və Karyera Planlama Şöbə Rəisi- Azərsu ASC
İnsan Resursları üzrə Direktor – Embawood MMC
İnsan Resursları üzrə Baş Mütəxəssis – Azersun Holding
Müxtəlif şirkətlərdə İnsan Resursları üzrə Təlimçi təcrübəsi

Qeydiyyat üçün linkə daxil ola bilərsiniz:
goo.gl/yBdVe2

Əlavə məlumat üçün aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz:
(+994 12) 480 11 69
(+994 55) 539 25 09

Bəyən və paylaş

Rəylər

rəy(lər)