İnsan resursları üzrə təcrübəçi vakansiyası

İnsan resursları üzrə təcrübəçi

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC insan resursları şöbəsində sonuncu kurs tələbələri və yeni məzunlar üçün təcrübə proqramı elan edir.

Komandamıza qoşulmaqla əldə edəcəksiniz:

– İşəqəbul prosesinin təşkili və həyata keçirilməsi ilə yaxından tanışlıq
– Vakansiyalar üzrə namizədlərin axtarışı, seçimi və müsahibələrin təşkili
– Namizədlərin adaptasiya prosesində birbaşa iştirak
– Əlverişli iş mühitində təcrübə keçib yeni bilik və bacarıqlar öyrənmə imkanı

Tələblər:

• Özündə yeni bilik və bacarıqları inkişaf etdirmək istəyi olan həvəsli gənclər
• Azərbaycan dili şifahi və yazılı formada əla bilmək
• Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
• Səlis və aydın nitq qabiliyyəti
• Word, Excel üzrə orta biliklər

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İnsan resursları üzrə təcrübəçi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

Bir cavab yazın

Back to top button