İnsan Resursları sektorunun müdiri vakansiyası

Para BOKT ASC İnsan Resursları sektorunun müdiri vəzifəsinə vakansiya elan edir

Vəzifə öhdəlikləri:

• Əməkdaşların işə qəbulu, işdən azad edilməsi və bir işdən başqa işə keçirilməsi ilə bağlı işlərin vaxtında və düzgün həyata keçirilməsini təmin etmək;
• Qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib olunması və əməkdaşlara məzuniyyət verilməsi, onların qeydiyyatının aparılması, ezamiyyətə göndərilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması ilə bağlı işlərin vaxtında və düzgün həyata keçirilməsinə nəzarət etmək;
• Təşkilatın əməkdaşlarının təlim ehtiyaclarının müəyyən edilməsində, onların peşə hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının inkişafının, etik davranış və s. məsələlər üzrə tədbirlərin (görüş, seminar, təlim, treninq və s.) təşkil edilməsində iştirak etmək və nəzarət etmək;
• Əməkdaşların xidməti fəaliyyəti haqqında məlumatların toplanması, yenilənməsi və təhlil edilməsi, onların vəzifədə yüksəliş yolu ilə seçilməsi və yerləşdirilməsi üzrə tədbirlər görmək

Vəzifəyə olan tələblər:

– Təhsil: Ali təhsil
– Xüsusi biliklər: Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi, performansın idarə olunması, sənədləşdirmə və yazışma işləri
– Təcrübə: İnsan resursları sahəsində azı 5 il təcrübəsi və 2 il İdarəetmə təcrübəsi.
– Kompüter bacarığı: MS Office proqramları üzrə mükəmməl biliklər.
– Dil bacarığı: Səlis azərbaycan, rus dili və ingilis dili bacarığı.
– Digər bacarıqlar: Komandada işin təşkili, hesabat tərtib etmə, şifahi və yazılı ünsiyyət qurmaq bacarığı, danışıqaparma qabiliyyəti.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində İnsan Resursları sektorunun müdiri Edumap.az qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Bir cavab yazın

Back to top button