15 Oktyabr 08:17

İnsan Resurslarının İdarə Edilməsi Departamentində ödənişli təcrübə proqramı

Kapital Bankın İnsan Resurslarının İdarə Edilməsi Departamentinin İşə qəbul və yerləşdirilmə şöbəsində 2 (iki) aylıq ödənişli təcrübə proqramında iştirakdan sonra işə qəbul olma imkanı var!

Namizədə olan tələblər:

* İnsan Resursları sahəsində uzunmüddətli karyera qurmaq planı;
* Biznesin idarəetməsi, iqtisadi, hüquq sahəsində ali təhsil;
* Yüksək ünsiyyətqurma qabiliyyəti;
* Məsuliyyətli, detallara qarşı diqqətlilik;
* Vaxtdan düzgün istifadə bacarığı;
* Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyəti;
* Təzyiqə davamlılıq və operativ qərarvermə qabiliyyəti;
* Azərbaycan dilində əla səviyyəli yazılı və şifahi nitq qabiliyyəti;
* Əla səviyyədə Rus dili biliyi, İngilis dili biliyinin olması arzuolunandır.
* Sahə üzrə iş təcrübəsinə tələb yoxdur.

Öhdəliklər:

* Elan olunmuş vakansiyalarla bağlı elanların müxtəlif mənbələrdə yerləşdirilməsi;
* İşə və təcrübə proqramına qəbul edilən namizədlərin rəsmiləşdirilməsi;
* İlkin və yekun işəqəbul müsahibələrində iştirak;
* İşə müraciət blanklarının ilkin təhlili və vakansiyalar üzrə bölünməsi.

Təcrübə proqramı ilə maraqlanan şəxslərdən CV-lərini “HR-Təcrübə Proqramı” başlığı ilə [email protected] mail ünvanına göndərmələri xahiş olunur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)