“İnsan və zaman” mövzusunda Respublika elmi konfransı keçiriləcək

26-27 noyabr 2015-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş “İnsan və zaman” mövzusunda Respublika elmi konfransı keçiriləcəkdir.

Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:

  1. Bəxtiyar Vahabzadə və mənəvi-əxlaqi tərbiyə.
  2. Bəxtiyar Vahabzadə və məktəb.
  3. Bəxtiyar Vahabzadə və Azərbaycan ədəbiyyatında vətənpərvərlik
  4. Bəxtiyar Vahabzadə yaradıcılığında insan və zaman problemi.
  5. Bəxtiyar Vahabzadə və Türk dünyası ədəbi əlaqələri.
  6. Bəxtiyar Vahabzadə və Türkün dünəni, bu günü.
  7. Bəxtiyar Vahabzadə və Azərbaycan xalq yaradıcılığı.
  8. Bəxtiyar Vahabzadə və dil problemi.
  9. Bəxtiyar Vahabzadə və xalq musiqisi.

 

Sizi bu konfransda iştirak etməyə dəvət edirik!.

Konfransın işçi dilləri: Azərbaycan, türk, rus və ingilis.

İştirakla bağlı məlumat və məqalə elektron formada 15 noyabr 2015-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:

E-mail:      [email protected]

 

Konfransın təqvimi:

Məqalələrin göndərilməsi üçün son tarix 15 noyabr 2015-ci il.
Qəbul edilən məqalələr haqqında məlumatın verilməsi  

20 noyabr 2015-ci il.

Konfransın təntənəli açılış mərasimi 26 noyabr 2015-ci il.
Bölmə iclasları 26-27 noyabr 2015-ci il.
Konfransın bağlanış mərasimi 27 noyabr 2015-ci il.

 

Məqalənin tərtibi qaydaları:

 

  1. Həcm: 5 səhifəyə qədər, format A4, ölçü 14, şrift  Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
  2. Məqalə CD elektron daşıyıcı vasitəsi ilə və        [email protected]    adresinə elektron formatında göndərilə bilər.
  3. Xülasə: ingilis dilində.
  4. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.

Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2]və ya [2; 5; 8] və ya [2, 14-15] və ya [2, 17; 7, 233, 234].
Materialların strukturu: 
1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə
2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə

Təşkilat və şəhərin adı adi şriftlə

 

Təşkilati məsələlərlə bağlı suallarınızı  bu ünvana göndərə bilərsiniz:

Azərbaycan Respublikası. Bakı şəhəri.

Səbayıl rayonu Üzeyir Hacıbəyov  68.             AZ 1000.

(012) 598 43 56
E-mail:    [email protected]

 

Konfransda iştirak üçün bildiriş

 

Soya, ad, ata adı  
İş yeri  
Vəzifəsi, elmi adı və dərəcəsi  
Ünvanı  
Telefon  
E-mail ünvanı  
Məqalənin adı  
Açar sözlər          
MƏQALƏ                          

 

 

Qoşma: Konfrans materiallarının tərtibinə qoyulan tələblər. 2 səhifə.

Bir cavab yazın

Back to top button