25 Sentyabr 00:31

İnsanlığı yay – musiqini yay / performans

“İnsanlığı yay – musiqini yay”
27 sentyabr, 19:00
ARTIM Layihə Məkanı (İçərişəhər, Kiçik Qala küçəsi, 5)

Giriş sərbəstdir

YARAT Müasir İncəsənət Məkanı sizi ARTIM Layihə Məkanında keçiriləcək “Unut bildiklərini, gör mən kiməm” sərgisinin bağlanışı çərçivəsində üç konseptual musiqiçinin Dihaj, Type B və Pashaich-in birgə yaratdıqları performansa dəvət edir.

Sərgi müddətində, yerli və xarici rezidentlər incəsənətin müxtəlif növlərindən istifadə edərək bullinq reallığını işıqlandırmağa və bu məlumatın əhəmiyyətli olduğunu yaymağa çalışıblar. Musiqi, insanlar və sosial mövzulara yanaşmaq üçün sevgi, qayğı və təhsil ilə birlikdə xüsusi vasitələrdən biridir, o həm də insanpərvərlik xüsusiyyətlərin tətbiq etmək üçün üsuldur.

Çıxışlar canlı olaraq Live and Digital internet radiosunda yayımlanacaq.

Bəyən və paylaş

Rəylər

rəy(lər)