22 İyul 21:48

Instagram-postun planlanması

Wikileaks Türkiyəyə aid sənədləri yayımlayandan sonra qərara gəldim məndə sosial media mütəxəssisləri üçün lazım olacaq Instagaram üçün faydalı bir neçə “tools” paylaşım.:)

Bildiyimiz kimi Instagram mobil üçün yaradılmış tətbiqdir. Son zamanlar imkanları genişlədilsə də desktop imkanları çox zəifdir. Digər tərəfdən mobil üzərindən biz Instagram üçün postu planlaya bilmirik. Düşünün ki, sosial media mütəxəssisi 5 ayrı Instagram səhifsəini idarə edir. Amma Facebook üçün mümkün olan “post planning” bunun üçün mümkün deyil. Mən sizə bir iki alət deyəcəm ki, hansı ki, hətta desktop üzərindən də Instagram üçün postlarınızı planlaya biləcəksiniz. Əgər mənim kimi telefon istifadə etməklə heç aranız yoxdursa bu lap sizin üçündür. 🙂

1. Buffer
instagram-post-planning
İlk alət “Buffer” olsun. Çunki yaxın bir-iki gündə Instagram bölməsi istifadəyə verildi. Bir sözlə “schedule” mümkündür. Siz təkcə Instagram yox, LinkedIn, Google Plus, Pinterest kimi böyük sosial media platformalarında da bunu edə bilərsiniz. Amma bizi maraqlandıran Instagaramdı. Web, IOS və Android tipli cihazları üçün mümkün olan bu xidmətdən istifadə zamani bir hesabın idarə edilməsi pulsuzdur. Birdən çox hesab idarə etdiyiniz zaman artıq əlinizi cibinizə salmalısnızı, çünki xidmət artıq ödənişli olur.:) Bu arada analtika bölməsi də sizin üçün fayfalı olacaqdır.
instagram-postun-planlanmasi

2. SheduGram

3. Latergramme

Latergramme sadəcə mobil üçündür və bizim ölkədə istifadəsinə limit qoyulub, ammaSheduGram isə istifadəyə yararlı ola bilər.

Müşfiq Şirəliyev

Bəyən və paylaş

Rəylər

rəy(lər)