8 İyun 14:31

Instant Articles (evə çatdırılma)

Başlıq təsadüf nəticəsində təyin edilməyib. Xüsusilə Pizza sevərlər, evdən çıxmadan istahlak etmək istərlər. Instant Articles’da tam olaraq bunun kimi bir şeydi. Facebook’u tərk etmirsiniz. Gün keçdikcə Facebook  şar kimi şişir və öz daxilində yeni bir dünya yaratmaq istəyir. Google kimi axtarış sistemi olma yolunda addımları, və ya Facebook live kimi xidmətləri Mark’ın niyyətini göstərir.

Facebook Instant Articles nədir?

instant-articles
Facebook tez-tez istifadəçi təcrübəsindən faydalanaraq News Feed alqoritamsını dəyişir.

Bildiyimiz kimi  Facebook istifadəçilərinin əksəriyyəti bu platformaya xəbər portalı kimi baxır.  Facebook isə istifadəçilərin xəbərləri (gündəmi) təqib etmək üçün mobil tətbiqləri ciddi şəkildə istifadə etdiklərini bilir və burdan yola çıxaraq kontentin əl çatanlığını  daha sürətli etmək üçün 10 ay əvvəl Instant Articles təqdim etdi. Bu həmçinin Facebook’un orijinal kontent’ə necə bir dəyər verdiyini göstərir. Bəzi populyar saytların paylaşımlarının sağ üst tərəfində şimşək ikonu görsəniz bilin ki, Instant Articles’dır. The New York Times, NatGeo, BuzzFeed, NBC, BBC, The Atlantic, Bild, Spiegel, The Guardian kimi şirkətlərlə ilk olaraq əməkdaşlıq edildi. Bununla istifadəçilər kontentdən daha tez və təmiz şəkildə istifadə edə biləcəklər.  Rəqəmsal olaraq ifadə etsək 10 qat daha sürətli. Yəni kontent yeni səhifədə yox, elə Facebook daxilindəcə açılacaq. Hə, birdə ki, reklmasız (ən azı hələlik).:)

Sürətli olmaqla bərabər interaktiv xəritələr, şəkli yaxınlaşdırma, səsli məqalə izləmə (avtomatik video oynatma da öz yerində) kimi xüsusiyyətlər var. Normalda bir browserdə  məqalənin görünməsi 8 saniyə çəkər. Kim öz istifadəçilərinə daha qısa zaman da çatmaq istəməz ki.

Həmçinin təzədən orijinal kontent yaratmağınız gərəkmir. Çünki HTML və RSS kimi standartlardan istifadə edərək avtomatik kontent yayımını dəstəklənir. İstifadə etməyə başlamaq üçün ilk əvvəl “Instant Articles for WP”plaqinini yükləməlisiniz.

Screen Shot 2016-06-08 at 11.13.50

Sonrakı prosedurlar isə olduqca sadədir.

Screen Shot 2016-06-08 at 11.20.18

Facebook Web üçün HTML ilə yaradılmış kontenti Instant Articles formatına çevirir. Həmçinin məqalənizin İnstant Articles də necə görünəcəyini əvvəlcədən görmək üçün “tools”lar da var. Həmçinin siz comScore, Chartbeat, Google Analytics, Omniture və Adobe Analytics kimi alətlərlə nəticələri ölçə bilərsiniz.

Hətta düşünün ki, yarım saniyə gec yüklənmə belə istifadəçilərinizin 7%-ni itimənizə səbəb olacaqdır. Facebook bildirik ki, Insatant Articles ilə bounce rate (istifadəçinin kontenti tərk etməmə faizi) 70 % azalır və 30 % dah çox “share” əldə edirlər.

Yuxarıda qeyd etdiyim kimi Instant Articles’in ən böyük üstünlüklərindən biri isə istifadəçilərin yeni bir məqalə və ya xəbər görmək istədiklərində Facebook‘u tərk etmək məcburiyyətində qalmamalarıdır. Yayımçılar Instant Articles üzərindən pul da qazana bilərlər. (Istant articles üzərindən edilən reklamlarda yayımcı (publisher) gəlirinin 30%-ini Facebook’a vermək məcburiyyətindədi. Həmçinin nəticələr göstərir ki, Instant Articles digər mobil paylaşım formatlarından 30% daha çox klik gətirir.

Hətta siz təkcə kontent yox, rəngi, fontu, hətta loqonu belə dəyişə bilərsiniz. Təbii ki, bu Facebook’un ən böyük avantajı olacaq.

instant-articles

İlkin olaraq ən azı 10 məqalə “publish”  etməlisiniz ki, bu isə 3-5 iş günü ərzində analiz edilib yayımlanacaq.

instant-articles

Instant Articles’dən sayta trafik çəkmək istəyənlərdən daha çox, öz məhsul və ya xidmətlərini reklam etmək istəyən, kontentlərinin daha çox insana çatmasımı istəyənlər faydalana  bilər.

Müşfiq Şirəliyev

Bəyən və paylaş

Rəylər

rəy(lər)