2 Dekabr 18:14

İnstaqram istifadəçiləri üçün faydalı tətbiqlər

Salam dostlar,
Gündə 400 milyon paylaşım, saniyədə 8600 like və 1000 comment yazılan Instagram platforması artıq sadə istifadəçilərdən çox biznes və brendlərin maraq dairəsindədir.Keçən yazılarda Instagramla bağlı bəzi maraqlı və faydalı detalları bölüşmüşdüm sizlərlə. Bu yazıda isə Instagram-dan daha effektiv istifadə etməyimiz üçün bizə kömək olacaq tətbiqlər barədə danışacam.

1. PHOTOREPOST . Bu tətbiq sayəsində izlədiyiniz profillərin paylaşımlarını öz profilinzdə paylaşa bilərsiniz. Repost düyməsinə basdıqdan sonra istər olduğu şəkildə, istərsə də öz kommentinizi yazaraq paylaşa bilərsiniz. Bu tətbiq vasitəsilə hətta paylaşdığınız profillərin izləyicilərini də öz profilinizə cəlb edə bilərsiniz ?

2. INSTAGETTER. Bəyəndiyiniz bir fotonu öz profilinizdə paylaşmaq üçün onun ekran görüntüsünü screen edirsiz? Videoları isə ümumiyyətlə edə bilmirsiz ? ? Bu tətbiq vasitəsilə Instagramda bəyəndiyiniz foto və ya videonun URL-ni tətbiqdə müvafiq xanaya Copy-Paste edib, “Save İmage” və ya “Save Video” -ya basaraq paylaşımı yükləyirsiniz. Ondan sonrasını izah etməyə ehtiyac yoxdur yəqin ki ?

Ətraflı

Bəyən və paylaş

Rəylər

rəy(lər)