23 Noyabr 18:21

İnstaqram Platformasında reklam və satış üçün nələrə diqqət etməli

Salam dostlar,

Yəqin ki, Instagram-dan istifadə etməyən yoxdur aranızda. Foto və video paylaşım platforması olan İnstagram qısa zaman ərzində 100 milyonlarla insanı ətrafında birləşdirməyi bacardı və buna görə də artıq sadəcə istifadəçilərin deyil, həm də bizneslərin maraq dairəsinə düşdü. İlk öncələr markalar sadəcə instagramda da olmaq üçün var idisə, artıq günümüzdə bu platformadan kifayət qədər ciddi şəkildə istifadə edirlər. Bura həm eTicarət şirkətləri həm də böyük və qlobal markalar daxildir. Markaların sadiq müştəriləri yeniliklər üçün artıq markanın internet səhifəsindən yox İnstagramdan izləyirlər.

Bu yazıda instagramdan istifadə edərək uğurlu brend yaratmaq və satış etmək üçün bəzi məqamları paylaşacam. Hazırsınızsa başlayaq ?

1) Öz izləyici auditoriyanızı yaradın. Digər platformalarda olduğu kimi İnstagramda da düzgün auditoriya yaratmaq biznesiniz və markanız üçün çox vacibdir. Bu bu auditoriyanın sizə sadiq qalması üçün onları mütəmadi olaraq “xatırlayın” və təşəkkür edin.

2) Call to Action. Çalışın müştərinizi mümkün qədər çox “danışdırın”. Bunun üçün müxtəlif kampaniyalar əsl yerinə düşər. Şəkildəki misalda Nestle Pure Life öz istifadəçilərini təyin etdikləri hashtagla yemək resepti paylaşmağa sövq edir. Yemək kitabı və s. kimi kiçik amma maraqlı hədiyyələrlə izləyicilərinizi daha aktivləşdirə bilərsiniz. Ancaq çalışın “like yarışması” -na dönməsin kampaniyanız. Bu istifadəçilər arasında çoxsaylı narazılığa səbəb ola bilər.

3) Real Fotolardan istifadə edin. Xüsusilə eTicarətçilər üçün vacib şərtlərdən biri. Əgər hansısa bir məhsul satırsınızsa bunu Google-dan götürülmüş foto ilə yox, öz çəkdiyiniz foto ilə təqdim edin. Hər zaman yüksək keyfiyyətli foto alınmasa belə real çəkilmiş fotolar daha “doğma” qəbul edilir istifadəçilər tərəfindən.

Ətraflı: Samir Mehdi

Bəyən və paylaş

Rəylər

rəy(lər)