19 May 13:40

“İntellekt pozuntuları və nitq ləngiməsi” adlı ödənişsiz vebinar

Əziz dostlar!

“BUTA Art & Sweets” karantin zamanı inklüzivlik mövzularına aid müxtəlif ödənişsiz vebinarlar həyata keçirdir. Məqsədimiz insanları bu mövzularda daha çox maarifləndirməkdir.

Növbəti vebinarımız UAFA (United Aid for Azerbaijan) təşkilatı ilə tərəfdaşlığı ilə keçirilir.

Mövzu: “İntellekt pozuntuları və nitq ləngiməsi”
Tarix: 21 May
Saat: 17.00
Məkan: Zoom platforması
Müddət: 1-1.5 saat
Dil: Azərbaycan dili

Spikerlər:

Nərminə Rzayeva ixtisasca loqoped, müəllimədir. Moskva şəhərində ixtisas dəyişmə və təkmiləşdirmə akademiyasının Lqopediya fakultəsini bitirib.
UAFA Gəncə İƏR mərkəzində 10 ildir ki, uşaq inkişafı mütəxəssisi kimi çalışır.
Bu illər ərzində davamlı olaraq xaricdən dəvət olunmuş müxtəlif mütəxəssislərdən Portic, Aktiv öyrənmə, Autizm, Daun sindromu, Sensor inteqrasiya, Reabilitasiya, Deklarativ ünsiyyət və uşaq inkişafı üzrə müxtəlif təlimlər almışdır.
İşlədiyi uşaqların inkişafında, həmçinin valideynlərin maarifləndirilməsində uğurla çalışmış və onların həyatında müsbət dəyişikliklərə nail olmuşdur.

İradə Qarayeva ixtisasca həkimdir.
UAFA Gəncə İƏR mərkəzində artıq 16 ildir ki, uşaq inkişafı mütəxəssisidir.
Bu illər ərzində xaricdən dəvət olunmuş müxtəlif mütəxəssislərdən Reabilitasiya, Erqoterapiya, Autizm, Sensor inteqrasiya, Portic, Daun sindromu, Denver və digər təlimlər almışdır.
Bu illər ərzində müxtəlif diaqnozlu uşaqların inkişafına böyük əmək sərf etmiş və uğurlu nəticələr əldə etmişdir.

Qeydiyyat mütləqdir. Qeydiyyat linki : https://forms.gle/FkcuYLSpAEz8foG29

Seçilən iştirakçılara tədbirə qoşulma linki göndəriləcəkdir.

Əlavə suallar üçün əlaqə: [email protected]

Bəyən və paylaş