“İntellektual klubların II Gənclər kuboku” gəlir! 

“İntellektual klubların II Gənclər kuboku” gəlir!

Azərbaycan Respublikasının Gənclər Fondu Sizləri Gənclər Günü münasibətilə keçiriləcək ölkənin ən böyük intellektual turnirinə dəvət edir.

Bilik və zəkasına güvənən gənclər komanda şəklində qeydiyyatdan keçərək turnirdə iştirak edə bilərlər. Qeydiyyatdan keçən komandalar Qax, Quba, İsmayıllı, Sumqayıt, Şirvan, Biləsuvar, Lənkəran, Naxçıvan, Bərdə, Ağcabədi, Gəncə, Qazax, Mingəçevir və Bakıda keçirilən seçim turuna dəvət alacaqlar. Ən yaxşı nəticə göstərmiş 70 komanda isə final mərhələsinə vəsiqə qazanacaq.

Final mərhələsi 1-2 fevral 2020-ci il tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq olan intellektual çoxnövçülük turniri özündə “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn Rinq” və “Erudit Kvartet” oyunlarını birləşdirəcək.

Baş redaktor: Babək Qasımzadə

📌Turnirdə iştirak ÖDƏNİŞSİZDİR.

Son qeydiyyat tarixi: 15 yanvar 2020-ci il, saat 23:59
Qeydiyyat üçün link: https://bit.ly/2F1XdRN

📍Turnirlə bağlı yeniliklərdən xəbərdar olmaq və suallarınız üçün “İntellektual klubların II Gənclər kuboku” adlı facebook qrupuna qoşula bilərsiniz: https://bit.ly/363g76K

Bir cavab yazın

Back to top button