15 Yanvar 14:53

İntellektual klubların Gənclər kuboku

Gənclərin nəzərinə!
Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə 2-3 fevral tarixlərində Gənclər Günü münasibətilə “İntellektual klubların Gənclər kuboku” intellektual çoxnövçülük turniri keçiriləcəkdir. Turnir özündə 90 suallıq “Nə? Harada? Nə zaman?”, “Breyn Rinq” və “Erudit Kvartet” oyunlarını biləşdirəcək.
Turnirdə iştirak ÖDƏNİŞSİZDİR.

Turnirdə yaşı 16-29 olan gənclərdən (3 fevral 2019-cu il tarixinədək 30 yaşı tamam olmamış) təşkil olunmuş komandalar iştirak edə bilərlər.
Biliyinə və dünyagörüşünə inanırsan? Komandanı qeydiyyatdan keçir və yarışda iştirak et. Qaliblər mükafatlandırılacaqdır.

Məkan: Bakı Konqres Mərkəzi
Tarix: 2-3 fevral 2019-cu il
Saat: 10:00
Baş redaktor: Babək Qasımzadə.
Yaş limiti: 16-29 yaş
Qeydiyyat üçün link: https://goo.gl/zbz3FQ
Son qeydiyyat tarixi: 28 yanvar saat 23:59

Əlaqələndirici şəxs: Zaur Osmanov (+994 55) 577 41 97

Bəyən və paylaş

Rəylər

rəy(lər)