“İntellektual labirint” intellektual müsabiqə keçirilib

Edumap.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələr arası “İntellektual labirint” intellektual müsabiqə keçirilib.

Müsabiqənin keçirilməsinin əsas məqsədi, tələbə-gənclərin intellektual biliklərini inkişaf etdirmək, onların hər zaman bu sahədə irəliləməsini təmin etmək, həmçinin çətin və çıxılmaz vəziyyətlərdə məntiqi çıxış yolunu tapmağı tələbələrə aşılamaqdan ibarətdir. Müsabiqə tələbələrdən ibarət komandalar qurulan labirint daxilində məntiqi suallara cavab taparaq çıxış yolunu axtarmaqdan ibarətdir.

Müsabiqədə giriş sözü ilə başlayan Milli Məclisin deputatı, ATGTİ-nin sədri Şahin İsmayılov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov hər zaman gənclərin intellektual, məntiqi biliklərinin artırılması məqsədilə bu kimi tədbirlərin keçirildiyini vurğulayıb və bütün komandalara uğur arzulayıblar.

2 gün müddətində davam edəcək müsabiqədə hər birində 6 iştirakçı olmaqla 8 komanda iştirak edəcək. Qalib komanda kubok və sertifikatlarla, digər komandalar isə müsabiqədə fəal iştiraklarına görə həvəsləndirici sertifikatlar ilə təltif olunacaq.

Bir cavab yazın

Back to top button