“Interact Film Lab” layihəsinə star verilir

“Interact Film Lab” layihəsinə star verilir

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Debüt” Film Studiyanın birgə təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Interact Film Lab” adlı yeni layihəyə start verilir.
6 ayı əhatə edəcək tədris proqramında kinematoqrafiyanın müxtəlif istiqamətləri - rejissorluq, ssenari yaradıcılığı, prodüserlik, təsvir rejissorluğu və quruluşçu rəssamlıq ixtisasları üzrə aparıcı xarici mütəxəssislər tərəfindən intensiv təlimlər keçiriləcək.
Tədris laboratoriyası funksiyasını həyata keçirəcək “Interact Film Lab” layihəsinin məqsədi yerli kino sənayesində insan kapitalının artırılmasına töhfə verməkdir.
Ssenari yaradıcılığı və rejissorluq ixtisası üzrə Netflix istehsalı “Anna K” serialının rejissoru və Venesiya Film Festivalının əsas müsabiqəsində “Kapitan Volkonoqov qaçdı” filmi ilə iştirak edən – rejissor və ssenarist Nataşa Merkulova və həmin ekran işlərinin rejissor və ssenari həmmüəllifi Aleksey Çupov rejissorluq və ssenari kursunda öz tədris proqramları ilə çıxış edəcəklər.
Təsvir rejissorluğu ixtisası üzrə, Venesiya (“Təqribən Yazdır”), Kann kinofestivalında (“Axşama Doğru”, “Kalendar”) filmləri ilə iştirak etmiş Yevgeniy Rodin təsvir rejissoru ixtisasını nəzəri və praktiki şəkildə tədris edəcək.
Quruluşçu rəssamlıq ixtisası üzrə yerli istehsal “Həyat Deyəsən Gözəldir” filminin quruluşçu rəssamı, o cümlədən Berlin (“Susa”), və Lokarno film festivalında (“Ata”) filmləri ilə iştirak etmiş rəssam Quram Navrozaşvili, “New York Film Akademiyası”-da icraçı prodüser ixtisası üzrə akademik təhsil almış, eyni zamanda Ukrayna Film məktəbinin sabiq icraçı direktoru Valeriya Lebid də peşəkarlar sırasında olacaq.
Layihədə iştirak müsabiqə əsasında keçirilir və ödənişsizdir. Layihə ilə bağlı ətraflı məlumat və müsabiqəyə qoşulmaq üçün müraciət formasınıdebutfilms.azvebsaytında doldurmaq mümkündür.
Növbəti mərhələdə akkreditasiyadan keçmiş iştirakçılarla əlaqə saxlanılacaq.

• Layihədə iştirak müsabiqə əsasında keçirilir.

• Laboratoriyaya qatılmaq ödənişsizdir.

• İştirak üçün yaş limiti 18-35 yaş aralığındadır. Hər ixtisas sinfi üçün iştirakçı sayı limitlidir. Sadəcə qeydiyyat formasını doldur və yaradıcılığınla seçil!

 
İndi müraciət et!

 
Müraciət üçün son tarix: 5 Aprel

_____________________________________________________________________________________________________________________


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK: Edumap.az




İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az