Proqramının əsas məqsədi gənclər sahəsində fəaliyyət göstərən aparıcı təşkilat və dövlət qurumlarında öz ixtisasları üzrə təcrübə keçməyə maraqlı olan tələbə və gənc məzunların bilik və bacarıqların artırılması, gələcək fəaliyyətlərinə təkan verilməsidir.
Təcrübə proqramı haqqında:
- Təcrübə proqramının 2021-ci il 1 noyabr – 24 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulur;
- Təcrübəçilərin 1 noyabr tarixindən etibarən 2 həftə ərzində “EduHub” platforması tərəfindən keçiriləcək onlayn təlimlərə cəlb olunacaqlar;
- Təlimlərin başa çatması ilə iştirakçılar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (NAYORA), İRƏLİ İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) olmaqla (bölgü üzrə) təcrübə keçəcəkdir;
- Təcrübəçilərin gündəlik yol və yemək xərclərinin qarşılanması məqsədilə müəyyən məbləğdə aylıq məvacibin ödənilməsi nəzərdə tutulmuşdur.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur