10 Mart 18:49

İnternat məzunları üçün təşkil edilən layihə başa çatıb

“İnternat məzunlarının sahibkarlıq, informasiya texnologiyaları və digər sahələr üzrə peşəkar inkişafina dəstək” layihəsi başa çatıb. Layihədə Bakının Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaq evləri və internat məktəbləri məzunları üçün tikilən binanın sakinləri iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə reallaşan layihənin məqsədi internat məzunlarının bacarıqları barədə ictimaiyyəti məlumatlandırmaq, onlarda özünə inam hissini yaratmaq və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Layihə hazırlanarkən internat məzunlarının daha çox diqqət göstərdiyi sahələr araşdırılıb və İT sahəsi müəyyən edilib. Onlara sahibkarlıq, İT, (internet səhifələrin yaradılması istisna olmaqla), idarəçilik və digər sahələr üzrə peşəkar inkişafa dəstək olmaq məqsədilə təcübəli təlimçilər tərəfində qısamüddətli ödənişsiz kurslar təşkil edilib. İlkin mərhələdə informasiyanın əsas funksiyası, istifadə şərtləri, təsnifatı, inkişaf prinsipləri, tarixi, kompüter informasiyası və İT-nin xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

Layihə çərçivəsində gənclərin AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu‎na ekurskursiya da təşkil edilib.

Sonda iştirakçilara sertifikat təqdim olunub.

Bəyən və paylaş

Rəylər

rəy(lər)