“İnternet-redaktor” vakansiyası

ARB Media Qrup” a “İnternet-redaktor” axtarırıq!

İş haqqında:

• Daxili bölgü əsasında tapşırılan televiziya verilişlərinin izlənilməsi və sosial media üçün maraqlı olan hissələrin seçilməsi;
• Videoların Sosial media (Facebook, İnstagram,Youtube) üzrə yerləşdirilməsi;
• Media üçün maraqlı olan video hissələrin xəbərləşdirilərək Media orqanlarına göndərilməsi;
• Xəbərlərin düzgün təqdim olunmasına dair tələblərin yerinə yetirilməsi;
• Ay ərzində görülən işlər barədə şöbə rəhbərinə hesabatın verilməsi.

Tələblər:

• Ali təhsil;
• Media sahəsində minimum 1 il iş təcrübəsi;
• Azərbaycan dilinin qrammatik normalarını yaxşı bilməlidir;
• Redaktə və xəbərlərin yazılması xüsusiyyətlərini bilməlidir;
• Şou və sosial yönümlü televiziya verilişləri ilə tanış olmalıdır;
• Şifahi və yazılı kommunikasiya qabiliyyəti;
• Təşəbbüskarlıq və kreativlik;
• Komandada işləmək, stressə davamlılıq və təhlil etmə bacarığı.

Əmək şəraiti:

• 6 günlük iş qrafiki;
• Əmək haqqı 600 AZN;
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “İnternet-redaktor” qeyd edərək 30.04.2021-ci il tarixinədək [email protected] ünvanına göndərmələri xahiş olunur.

Bir cavab yazın

Back to top button