1 Fevral 15:13

Internetdə Təhlükəsizlik Günü 2019

Beynəlxalq İnternetdə Təhlükəsizlik günü hər il Fevral ayının ikinci çərşənbə axşamı qeyd olunurş Bu günü xüsusi ilə qeyd etmək 2004-cü ildə Avropa Komissiyası tərəfindən təklif olunmuşdur. Bu il Internetdə Təhlükəsizlik Günün STEP IT Academy-də qeyd etmək üçün hamınızı Fevral ayının 8-i saat 19:00-da Akademiyamıza dəvət edirik. Tədbir günü bizimlə internet və internet təhlükəsizliyində ixtisaslaşan bir neçə yerli və beynəlxalq şirkətlərin nümaəndələri bizimlə olacaq.

– Tədbirimizin ilk hissəsində İnternetin yaranma tarixi və Azərbaycana necə gəldiyi haqda danışacayıq. Mövzu haqda maraqlı mühazirə ilə ölkəmizi qlobal internet şəbəkəsinə bağlayan magistral internet provayderi olan AzərTelecom şirkətinin kommersiya direktoru Samir Nuriyev çıxış edəcək.

– İnternetin distribusiyası, simli və simsiz internet növləri, şəbəkələr sistem inzibatçılığı ikinci mövzumuzdur. Mövzunun incəliklərini dünya bazarında tanınmış və Akademiyamızın tədris partnyoru olan Cisco şirkətinin nümaəndəsi açacaq. Dünyadakı internet infrastrukturunda və korprotiv şəbəkələrdə istifadə olunan aktiv cihazların (router, switch, firewall, IP telefon, IDS& IPS və s.) 80%-dən çoxu Cisco firması tərəfindən hazırlanmışdır.

– Bankinq və informasiya texnologiyaları sahəsində təhlükəsizlik mövzusunda spikerimiz, öz fəaliyyət sahəsində gətirdiyi yenilikləri ilə daim öndə olan, partnyorumuz Bank of Baku-nun IT təhlükəsizlik üzrə eksperti İlkin Zeynalovdur.

– Sosial mühəndislik və istifadəçilərin internetdə təhlükəsizliyi mövzudunda isə tədbirimizin spikeri STEP IT Academy-nin Şəbəkələr və Kibertəhlükəsizlik kafedrasının təlimçisi, Cisco Akademiyasının sertifikatlarının CCNA, CCNP, CCNA Security sertifikatlarının sahibidir, Palo Alto Networks şirkətinin azərbaycanda nümaəndəsi olan Şaiq Səmədovdur. Şaiq müəllim internetdə rastlaşdığımız gündəlik təhlükəsizlik üsullarından bəhs edəcək və öz təcrübəsini sizlərlə bölüşəcək.

STEP IT Academy-də İnternet Təhlükəsizliyi günü 8 Fevral saat 19:00-da başlayacaq. Tədbir ödənişsizdir və azərbaycan dilində keçiriləcək. İştirak üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir – https://bit.ly/2RX7F5W

Bəyən və paylaş

Rəylər

rəy(lər)