23 Dekabr 22:08

İnteryer Dizaynerlərin Ən Çox İstifadə Etdikləri Proqramlar

İnteryer dizaynerlik tamamilə bir bilik və bacarıq tələb edir. İnsanlar ilə ünsiyyət qurmağın yaxşı olması ilə bərabər interyer dizaynerlik proqramları da düzgün istifadə edilməlidir. Biz də bu məqaləmizdə interyer dizaynerlərin ən çox istifadə etdikləri proqramları sizinlə bölüşməyə çalışacağıq.  Ümid edirik sizin üçün maraqlı olar.

İnteryer Dizaynerlik Proqramları və Ən Yaxşı Memar Proqramları

Daxili memarlıq fəaliyyətlərini həyata keçirmək üçün vizual olaraq hazır olmaq lazımdır. Vizual baxımdan yaxşı təqdimatlar etmək üçün isə bu proqramları bilmək lazımdır.

3DS Max Dizayner Proqramı

3DS Max çox detaylı və dəqiq bir proqramdır. 3DS Max ilə həqiqətə çox yaxın dizaynlar hazırlaya bilərsiniz. İstifadəsi və öyrənilməsi digər proqramlara görə bir az daha çətin olsa da ortaya çıxan nəticələrə görə çətinliyə dəyər bir interyer proqramıdır. İnteryer planları 3DS Max vasitəsilə gözəl vizuallara çevirə bilərsiniz.

 

Autocad İnteryer Çertyoj və Dizayn Proqramı

Autocad xüsusilə plan hazırlamaq üçün yaradılmış bir proqramdır. Xüsusilə kvadrat hesablamalarında işçilərinin haqqlarının hazırlanmasında və işlərin planlamasında Autocad proqramı istifadə edilir. 3DS Max proqramına görə Autocad çox asan bir proqramdır.

Sketchup İnteryer Çertyoj və Dizayn Proqramı

Sketchup Google tərəfindən hazırlanan bir dizayn proqramıdır. Google mühəndisləri xüsusilə 3 ölçülü dizaynları hazırlamaq üçün Sketchup proqramını yaratmışlar. Xüsusilə dizayn baxımından asan və sürətli bir plan hazırlamaq istəyirsinizsə Sketchup proqramını yoxlaya bilərsiniz. Proqramı öyrənmək isə bizə görə interyer dizayn proqramları ilə müqayisədə daha asan öyrənilə bilər.

 

Cinema 4D Dizayn Proqramı

Cinema 4D xüsusilə də dizaynın güclü olması zamanı üstünlük verilir. Konsept dizaynlarda diller verən firmaların interyer dizaynlarında Cinema 4D proqramı istifadə oluna bilər. Olduqca fərqli dizaynların hazırlandığı proqram film sənayesində də istifadə edilməkdədir.

Blender

Tamamilə pulsuz və açıq mənbəli kodlu olması və bir çox əməliyyat sistemlərinə işləyə bilməsi Blenderi fərqli bir şəkildə ortaya çıxardır. Bir çox xüsusiyyəti ilə istifadəçilərin işlərini görmək üçün asanlıq yaradır. Blender proqramının içindəki Blender render matoru əgər bu işə yeni başlayırsınızsa sizin istifadə edə biləcəyiniz render matorudur. Keyfiyyəti digər 3D modelləmə proqramları qədər keyfiyyətlidir.

ArchiCAD

Memarlar üçün hazırlanan 3 ölçülü dizayn proqramlarından biridir.

İlk dəfə Apple kompyuterləri üçün hazırlanan ArchiCad daha sonra Microsfot platforması üçün də hazırlanmışdır. İçərisində bir çox modelləmə vardır.

ArchiCad ümumiyyətlə Revit proqramı ilə müqayisə edilir, ancaq Archicad proqramında istifadəçiyə üstünlüklər verilir. Memarlar üçün layihə hazırlayarkən ArchiCad proqramını istifadə edə bilərsiniz.

SolidWorks Programı

Xüsusilə obyekt dizaynlarında istifadə olunan SolidWorks proqramı üçün memarlıq cisimləri asanlıqla dizayn etməyinizə köməklik edən bir vasitə kimi nəzərə çarpır. Amma istifadə baxımdan çox yayılmaması digər proqramlar arasındakı dəyərini aşağı düşürür.

Bu məqaləmizdə sizlərə interyer dizaynerlərin ən çox istifadə etdikləri dizayn proqramlar haqqında məlumat verməyə çalışdır. Ümid edirik ehtiyacınız olan məlumatları məqaləmizdə tapdınız. Əgər sizlər də bu proqramları profisyanal şəkildə öyrənmək istəyirsinizsə STEP İT Akademyasına müraciət edə bilərsiniz. Ətraflı: itstep.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)