11 İyun 17:36

“İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı konfrans keçiriləcək

2019-cu il iyunun 15-də Milli Onkologiya Mərkəzində Azərbaycanın Milli Qurtuluş Gününə, həmçinin Milli Onkologiya Mərkəzinin nəzdində yaradılmış İnvaziv Diaqnostikavə Müalicə Şöbəsinin 5 illiyinə həsr olunmuş “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı konfrans keçiriləcəkdir.

Tədbirdə yerli həkimlərlə yanaşı, Türkiyə və Rusiyadan dəvət olunmuş tibbi mütəxəssislər də bu sahədə ən son elmi və praktiki fəaliyyətlərini paylaşacaqlar. Konfransda həkim və mütəxəssislərlə tibbin bu sahəsinin ən aktual məsələləri müzakirə olunacaq və cərrahi əməliyyat otaqlarından bir sıra əməliyyatlar da birbaşa olaraq yayımlanacaqdır. Konfransda Türkiyənin Koç Universitet Xəstəxanasından Prof.dok. Çil Barbaros Erhan, Dos. Dok. Aslan Fatih və Rusiyadan N.N. Petrov adına “Milli Onkoloji Tibbi Tədqiqat Mərkəzi”-nin Endoskopiya şöbəsinin rəhbəri Oleq Tkaçenko çıxış edəcəklər.
Tədbir Azərbaycan Respublikası Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçmişdir və 8 kredit vahidi verilmişdir. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq. Konfrans Müalicə korpusunun konfrans zalında keçiriləcək. Qeydiyyat saat 09:00-da başlayır.Tədbirdə iştirak pulsuzdur.

Konfransa qeydiyyatdan keçmək üçün adınızı, soyadınızı Azərbaycan dilində tam şəkildə, ixtisas, şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” sözlərini qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Ətraflı məlumat üçün:
mob.: +994554955569
e-mail : [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)