İnzibatçı (administrator) vakansiyası

DƏRSİMİZ Tədris Mərkəzi işə qəbul elan edir

Mehdiabad qəsəbəsində yeni fəaliyyətə başlayacaq “DƏRSİMİZ” tədris mərkəzi aşağıda qeyd olunan tələblərə uyğun namizədləri inzibatçı (administrator) vəzifəsinə dəvət edir:

 Ünsiyyətçilik, məsuliyyət, yaradıcılıq və punktuallıq xüsusiyyətləri vacibdir
 Bu və ya buna bənzər vəzifədə minimum 1 il iş təcrübəsi
 Yaş həddi: 25 – 45
 Dil bacarığı – Azərbaycan dilini yüksək, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli
 Kompüter bacarıqları – orta səviyyə

İş öhdəlikləri:

Tədris mərkəzinin fəaliyyətinin tam idarə olunması, həmçinin:
 Tədris proqramlarının hazırlanmasında iştirak və proqramlar üzrə dərslərin aparılmasına nəzarət olunması
 Şagirdlərin fəaliyyətinin vaxtında və tam uçotunun aparılması
 Şagirdlərin nailiyyətlərinin ölçülməsi və qiymətləndirmənin uçotunun aparılması

Əmək fəaliyyətinə başlama tarixi: 01.11.2020.

Əmək haqqı: 300 AZN-dən başlayaraq.

İş günləri və saatları: Bazar ertəsi – Cümə: saat 9:00 – 18:00. Şənbə: 10:00 – 14:00.

Maraqlanan şəxslər CV-lərini [email protected] ünvanına Subject bölümünə “DƏRSİMİZ İnzibatçı Edumap.az” yazaraq göndərə bilərlər. Digər formada göndərilən CV-lərə baxılmayacaqdır.

Əlavə məlumat üçün: +994506536976.

Bir cavab yazın

Back to top button