2 İyul 14:21

İnzibati işlər üzrə köməkçi (könüllü)

İnzibati işlər üzrə köməkçi
Vəzifənin adı: İnzibati işlər üzrə köməkçi (könüllü)
Tabeçiliyi: İcraçı Direktor

Vəzifə və öhdəliklər:
İnzibari işlər üzrə köməkçi həftədə ən azı 10 saat olmaqla ofisdə olur, ofisin işinə, avadanlıqların işinə nəzarət edir, bütün işçilərin davamiyyətini əks etdirən iştirak vərəqininin tərtib olunmasına və hamı tərəfindən bir qayda olaraq doldururulmasını təmin edir.
1. İcra orqanının qəbul etdiyi qərarların, layihələrin, proqramların və s. icrasını həyata keçirmək;
2. Birliyin bütün məktublarının göndərilməsini və gələn məktubların qəbul olunmasını təmin edir;
3. Birliyin İcra orqanın, NTK və digər iclasların protokollarını hazırlamaq;
4. Təlimlərin, tədbirlərin təşkilində yaxından iştirak edir, qonaqları qarşılayır və onlara lazım olan köməkliyi göstərir;
5. Birliyin tanınması üçün tədbirlərdə, konfrans və görüşlərdə lazım gəldikdə təmsil etmək və təşkilat haqqında məlumatın yayılması işində yaxından iştirak etmək;
6. Birliyin işinin qurulması məqsədi ilə təşkilata ianələrin, qrantların və digər vəsaitlərin toplanması işində yaxından iştirak etmək;
7. Ayda bir dəfə ayın sonunda görülən işlər barəsində İcraçı Direktora yazılı hesabat vermək;
8. Bilik və bacarıqlarını artırmaq üçün təşkilat tərəfindən təmin olunan tədbirlərdə iştirak etmək;
9. İcraçı Direktor tərəfindən ona tapşırılan digər məsələləri həll etmək.

Tələb olunan keyfiyyətlər:
1. Sosial iş tələbəsi və ya məzunu olmaq;
2. Yüksək kompüter bacarıqları;
3. İngilis dilini yaxşı səviyyədə bilmək:
4. Komandada işləmək bacarığı;
5. Məsuliyyətli və intizamlı olmaq.

Maraqlanan namizədlərdən niyyət məktubu (Motivation Letter) və CV-lərini İyulun 15-nə kimi [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)