29 İyun 13:45

“İnzibati işlər üzrə menecer köməkçisi” vəzifəsi üzrə 1 aylıq təcrübə proqramı

Azərbaycanın ilk onlayn ingilis dili platforması DillBill “İnzibati işlər üzrə menecer köməkçisi” vəzifəsi üzrə 1 aylıq təcrübə proqramı elan edir.
Vəzifə öhdəlikləri:
– Telefon zənglərinin cavablandırılması və yönləndirilməsi

– Gündəlik dərs cədvəllərinə nəzarət
– Yeni istifadəçilərin təlimatlandırılması.
Təcrübə müddətini uğurla keçən namizəd işlə təmin olunacaqdır.

Namizədin rus dilini bilməsi MÜTLƏQdir. Seçim prosesində ingilis dilini bilən və satış təcrübəsi olan namizədə üstünlük veriləcəkdir.

İşləməyə və öyrənməyə həvəsli olan, zəngləri və mesajları operativ cavablandıra bilən və işinə məsuliyyətlə yanaşan şəxslər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Bəyən və paylaş