İpoteka partnyorları ilə iş şöbəsinin mütəxəssisi vakansiyası

"Kapital Bank” ASC namizədləri Pərakəndə satış idarəsinin Partnyor şəbəkəsinin idarə edilməsi departamentinin Ipoteka partnyorları ilə iş şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Öhdəliklər: Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək; Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirmək; Şöbə rəisi tərəfindən təyin olunmuş müvafiq layihələr üzrə Bankın potensial partnyoru ola biləcək mağaza və şirkətləri bazar araşdırması vasitəsilə tapmaq və siyahısını tərtib etmək; İpoteka üzrə partnyorluğa cəlb olunmuş partnyorun bankla əməkdaşlıq müddəti ərzində yaranmış çətinliklərinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi; Bankın İpoteka üzrə partnyorların genişləndirilməsi istiqamətində yeni partnyorların cəlb olunması istiqamətində işlərin aparılması və nəzarət olunması; Mövcud Partnyorlarla işin optimallaşdırılması üçün təkliflərin verilməsi; İpoteka inkişafı istiqamətində partnyor şəbəkəsi ilə işin qurulması; Şöbə rəisi göstərişinə əsasən qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirmək. Tələblər: Ali təhsil( Iqtisadi ixtisas olması arzu olunan); Təcrübə:1il; Kompyuter biliyi: MS Office, MS Excel, MS Word, İnternet Explorer; Dil bilikləri: azərbaycan, rus, ingilis ( arzu olunan); Komandada işləmək bacarığı; İşgüzar ünsiyyət və təhlil etmə bacarığı olmalı; İpoteka ilə bağlı bazar məlumatlarına sahib olmaq . Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa,https://hr.kapitalbank.az/portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az