Cümə axşamı, 21 Avqust, 2025

“İPTV və İnternet Xidmətlərinin Quraşdırılması" üzrə təlimə müraciətlərin qəbulu davam edir


  • Dərc edildi: 29 Oktyabr, 2021 - 06:11
“İPTV və İnternet Xidmətlərinin Quraşdırılması" üzrə təlimə müraciətlərin qəbulu davam edir

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzitərəfindən keçirilən “İPTV və İnternet Xidmətlərinin Quraşdırılması" üzrə təlimə müraciətlərin qəbulu davam edir.

Təlim Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə AzerconnectMMC ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Təlimi müvəffəqiyyətlə bitirən şəxslərAzerconnectMMC və onun tərəfdaş müəssisələrində iş və ya təcrübə imkanı əldə edəcəklər.

Təlim zamanı iştirakçılar İP TV (internet protokol televiziyası) qutuların, Router və Switch kimi qurğuların quraşdırılması, abonentlər üçün şəbəkə kabellərinin çəkilişi, abonentin internet və televiziya xidmətlərinə qoşulması üzrə praktiki bilik və bacarıqlara yiyələnəcəklər.

Təlimin müddəti: 2 həftə

Təlim Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.

Əsas seçim meyarları:

Ali və ya orta ixtisas təhsili;

TV və İnternet xidmətlərinin quraşdırılması və çəkilişi üzrə ilkin biliklərin olması üstünlükdür;

Kompüterdən ümumi istifadə bacarığı.

Seçilmiş namizədlər təlimdən ödənişsiz əsaslarla yararlanacaqlar.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək.

Müraciətləri 15 noyabr, 2021-ci il tarixinədək aşağıdakı keçid vasitəsi ilə göndərə bilərsiniz.

https://bit.ly/3pOfU4i

📌Əlavə sualınız yarandığı təqdirdə[email protected]ünvanına müraciət edə bilərsiniz.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 251
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 55
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7153
Sumqayıt Dövlət Univ...