5 Dekabr 19:20

“İqitisadi inkişaf regional və qlobal gərginliyin artması şəraitində” mövzusunda tələbə-elmi konfransı keçiriləcək

21 Dekabr 2015-ci ildə UNEC Beynəlxalq İqtisadi Münasibətlər Fakültəsi Tələbə Elmi Cəmiyyəti və Tələbə Araşdırma Mərkəzi tərəfindən “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş “İqitisadi inkişaf regional və qlobal gərginliyin artması şəraitində” mövzusunda tələbə-elmi konfransı keçiriləcəkdir.

21 Dekabr 2015-ci il saat 11.00-da UNEC/2-ci tədris binasının Böyük akt zalında konfransın Plenar iclası başlayacaq və saat 13.00-a kimi davam edəcəkdir.Saat 14.00-da konfrans öz işini aşağıdakı beş bölmədə davam etdirəcəkdir:
1) Milli müstəqilliyin möhkəmləndirilməsi beynəlxalq güc mərkəzləri arasındakı gərginliyin artması kontekstində;

2) Transregional investisiya layihələri regional və qlobal gərginliyin artması şəratində;
3) Qlobal risklər şəraitində xarici iqtisadi ticarət fəaliyyəti;
4) Müasir beynəlxalq siyasi-iqtisadi gerçəklik və iqtisadi inkişaf modelləri.

21 dekabr 2015-ci il saat 18.00-da məruzəçilərin mükafatlandırılması olacaq və bununla da konfransın işi yekunlaşacaqdır.
Tələbələri BİM Tələbə Elmi Cəmiyyəti və Tələbə Araşdırma Mərkəzinin təşkil etdiyi bu möhtəşəm tələbə elmi-praktiki konfransında aktiv iştirak etməyə dəvət edirik.

Konfransda iştirak etmək istəyən hər bir tələbənin 16 Dekabr 2015-ci il tarixinədək [email protected] adresinə adını, soyadını, təhsil aldığı universitetin və fakültənin adını, çıxış edəcəyi mövzunun adını və mətnini,elmi rəhbərlərinin adını və əlaqə nömrələrini qeyd edərək qeydiyyatdan keçməsi xahiş olunur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)