17 Aprel 10:27

“İqtisadçı-Ekspert” layihəsi

Hörmətli tələbələr!

Sizi Ümummilli Lider Heydər Əliyevin 93 illiyinə həsr olunmuş “ İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” ictimai birliyinin təşkilatçılığı, “Reduco” Tuition Centrerin tərəfdaşlığı ilə təşkil olunacaq “İqtisadçı-Ekspert” layihəsinə qoşulmağa dəvət edirik!

İstehlakçıların hüquqlarının müdafiəsi ölkəmizdə aktuallıq kəsb edən məsələlərdən birinə çevrilmiş və hər bir istehlakçı öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlamışdır. Layihə zamanı tələbələrin apardığı istehlak mallarının ekspertizası tədqiqatının sorğuları nəticəsində ən dolğun və ətraflı şəkildə doldurulmuş anketləri və həmin mövzularda apardıqları araşdırmaları yüksək səviyyədə təqdim edən tələbə qalib olaraq “İqtisadçı ekspert” adına layiq görüləcək.

İstehlak bazarında aparılan yoxlamalar: ticarət, məişət və digər növ xidmət fəaliyyətilə məşğul olan təsərrüfat subyektləri tərəfindən saxlama müddəti ötmüş, mənşəyi bilinməyən, saxtalaşdırılmış, etiketləşdirilməsi normativ sənədlərin tələblərinə uyğun olmayan, sertifikatlaşdırılması düzgün həyata keçirilməyən İstehlak mallarını araşdırıb qanunauyğunsuzluqları ortaya çıxardıb təhlil edilməsi layihənin əsas şərtləridir.

Layihəyə 30 nəfər tələbə iştirakçı kimi seçiləcək. Sonda qalib olan “İqtisadçı Ekspert”ə 150 azn pul mükafatı təqdim olunacaq.
Hər bir iştirakçıya SERTİFİKAT təqdim olunacaq.

Qeydiyyat: http://goo.gl/forms/fDtWTyKBgY
Son qeydiyyat tarixi 20 aprel

Bəyən və paylaş