8 Oktyabr 20:47

İqtisadçı – Maaşlı Təcrübə Proqramı

Vakansiyanın adı: Təcrübəçi (İqtisadçı)
Vakansiyanın sayı: 1 (bir)
Vakansiyanın kodu: V19100805

Vakansiyanın kateqoriyası: Xidmət müqaviləsi
Vakansiyanın aid olduğu struktur vahid: Maliyyə və İqtisadiyyat İdarəsi
Vakansiya üzrə struktur: Maliyyə və iqtisadi təhlil şöbəsi
Ödəniş növü: Xidməti müqaviləyə əsasən
Əməyin ödənilməsi dərəcəsi:
Vəzifə (peşə) üzrə əmək haqqı: 300 AZN (Xidmət haqqı)
Əlavə ödəniş: Yoxdur.
İş yerinin ünvanı:Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası:

Maliyyə və ya iqtisadiyyat sahəsi üzrə bakalavr təhsil alan 3-cü və 4-cü kurs tələbələri

Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr, natamam ali
Tələb olunan komputer bilikləri: MS Office proqramları – yaxşı səviyyədə.

Tələb olunan xarici dil bilikləri:

– İngilis dili – sərbəst səviyyədə;
– Rus dili – yaxşı səviyyədə.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

Təhlil etmək bacarığı, analitik düşüncə, ünsiyyət qurmaq bacarığı, araşdırma qabiliyyəti, təşəbbüslü və öyrənməyə həvəsli, məsuliyyətli, çalışqan, komandada işləmək bacarağı

Vəzifə öhdəlikləri:

– Əməliyyat və Maliyyə məlumatlarının təhlili;
– Təhlillər əsasında hesabatların və maliyyə modellərinin yenilənməsi;
– İqtisadi göstəricilərin toplanması, yenilənməsi və izlənməsi;
– Müxtəlif qiymətləndirmə modellərinin və texniki-iqtisadi əsaslandırmaların hazırlanmasında köməkliyin göstərilməsi;
– Maya dəyərinin hesablanması layihələrində, prosedurların hazırlanmasında köməkliyin göstərilməsi;
– Müxtəlif təqdimatların hazırlanması;
– Müəssisənin əməliyyat səmərəliyinin hesablanmasında köməkliyin göstərilməsi;
– Digər müxtəlif tapşırıqların icrası.

Vakansiyanın elan olunma tarixi: 08.10.2019
Son müraciət tarixi: 14.10.2019

Müraciət etmək üçün link: https://ady.az/az/career/vacancy/69/1667

Bəyən və paylaş

Rəylər

rəy(lər)