İqtisadçı vəzifəsi üzrə vakansiya

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən layihələrdən biri iqtisadçı vəzifəsi üzrə istedadlı, təcrübəli namizədlər üçün vakansiya elan edir. İKT və nəqliyyat sektoruna daha yaxın olmaq istəyənləri, bizimlə əməkdaşlıq etməyə çağırırıq. Öhdəlklər: -Nəqliyyat və İKT sektorunda statistikanın ölkə üzrə toplanılması, təsnifatlaşdırılması, aparılması və təkmilləşdirilməsi; -Nəqliyyat və İKT sektorunun iqtisadiyyatı üzrə tədqiqatların aparılması və müxtəlif metodlardan istifadə edilməklə proqnozların təqdim olunması; -Nəqliyyat və İKT sektoru üzrə dövri qlobal, regional və ölkə səviyyələrində proqnoz hesabatların hazırlanması; -Həm daxili, həm də xarici benefisiarlar üçün nəqliyyat və İKT sektoruna aid müxtəlif mövzularda xüsusi hesabatların hazırlanması; -Müxtəlif maraqlı tərəflərlə, o cümlədən dövlət qurumları, özəl sector, həmçinin beynəlxalq inkişaf institutları ilə rəqəmsal iqtisadiyyat/rəqəmsal transformasiya üzrə siyasət dialoquna töhfənin verilməsi; -Azərbaycanın müxtəlif beynəlxalq platformalarda təmsil edilməsi. Əsas bacarıqlar: -Yüksək konseptual və analitik bacarıqlar -Datanın təqdim olunma üsullarından istifadə edilməklə yüksək təqdimat bacarığı -Nəticəyə yönəlik güclü motivasiya, son tarixlərə (deadline) riayət olunması və razılaşdırılmış nəticələrə nail olmaq üçün şəxsi təşəbbüs və məsuliyyətlilik. Biliklər -Makroiqtisadiyyat, inkişaf iqtisadiyyatı, ekonometrika, statistika, data analitika -Yüksək səviyyədə Mirosoft (o cümlədən Power BI) bacarıqları Ümumi bacarıqlar: -Kollektivdə çalışmaq -Vaxtın idarəolunması -Özünü motivasiya etmək -İşə yanaşmada müsbət düşüncə -Kritik yanaşma -Dəqiqlik, detallara diqqət -Təşəbbüskarlıq, kreativ düşüncə Təhsil: -İqtisadiyyat, dövlət siyasəti və digər əlaqəli sahələrdə bakalavr dərəcəsi. Magistr dərəcəsi əlavə üstünlükdür. İş təcrübəsi: -İqitisadi təhlil və ya konsaltinq üzrə minimum 2 illik təcrübə Bu meyarlara uyğun namizədlər CV-lərini 10.06.2022-ci il tarixədək[email protected]ünvanına “İqtisadçı” başlığı ilə göndərə bilərlər. Yalnız CV-ləri uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az