"İqtisadi azadlıq: faydalar və imkanlar" başlığı altında təlim keçiriləcək

İqtisadi azadlıq:faydaları və imkanları
22-25 dekabr tarixlərində saat 15:00-dan 18:00-a qədər "İqtisadi azadlıq: faydalar və imkanlar" başlığı altında təlim keçiriləcək. 4 günlük təlim proqramı çərçivəsində qadınların iqtisadi azadlığına maneə olan stereotiplər, bu yanaşmalarıın öhdəsən gəlmək həmçinin, iqtisadi azadlığın qadınların həyatında müsbət təsiri müzakirə olunacaq. Təlimin bütün sessiyalarında iştirak zəruridir. Qeyd edək ki, təlim iştirakçıları sertifikat ilə təltif ediləcək. Pandemiya ilə əlaqədar iştirakçıların sayı məhdud olduğu üçün qeydiyyatdan keçmək vacibdir. Əlaqə telefonu:+994556466986
Qeydiyyat linki:shorturl.at/ertDP
Təlimçi haqqında: Sara Rəcəbli Azərbaycanda xüsusi ehtiyacı olan qadınları cəlb edərək “BUTA Art Sweets” ev şirniyyatlarına aid olan ilk sosial biznes layihəsinin və Sosial Biznes Gənclər Mərkəzinin təsisçisi, sosial sahibkarlıq üzrə təlimçi və mentor, BMT səviyyəsində sahibkarlığı təmsil edən ilk Azərbaycanlı sosial sahibkar, Prezident Mükafatı, Qlobal Startup 2020 və Şahzadə Diananın adına verilən Mükafatının ilk Azərbaycanlı qalibidir.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az