6 May 13:36

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinövbəti Təcrübə Proqramını elan edir.

İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzi növbəti Təcrübə Proqramını elan edir.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrantlar üçün təcrübə keçmək imkanı yaradır. Təcrübə Proqramına qoşulmaq üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali  təhsilli gənclər İİTKM-ə müraciət edə bilərlər:

– İqtisadiyyat, maliyyə, jurnalistika, informasiya texnologiyaları

 

Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

–  Məntiqi və analitik düşünmə qabiliyyəti;

–  Xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti;

– Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir, qrafik dizayn (Adobe   Design Packages) və veb proqramlaşma (PHP, MySQL, CSS, HTML 5)

– Ünsiyyət və təqdimat bacarığı.

 

Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Mərkəz tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir.

 

Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 12:30 və ya 14:30-18:00) və ödənişsizdir.

 

Proqrama qoşulmaq istəyənlərdən 27 may 2019-cu il tarixinə kimi [email protected].org ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri xahiş olunur.

 

Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.

Bəyən və paylaş

Rəylər

rəy(lər)