20 Aprel 16:27

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu startap layihələrin qəbulunu elan edir

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sənaye, kənd təsərrüfatı, turizm və İKT sahələri üzrə startap layihələrin qəbulunu elan edir

Gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, eləcə də “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sənaye, kənd təsərrüfatı, turizm və İKT sahələri üzrə startap layihələrin qəbulunu elan edir.

Layihələrin qəbulu 30.04.2019-cu il tarixdə başa çatır.

Sahibkarlığın İnkişafı Fondunun inzibati binasında yaradılmış “Biznes İnkubasiya Mərkəzi”ndə sahibkarlıq fəaliyyətinə başlamaq istəyən təşəbbüskar, innovativ ideyası olan gənclərə biznes inkubatorlar tərəfindən startap layihələrinə dəstək mexanizmləri təqdim ediləcək, startapçıların ideyalarının reallaşdırılması istiqamətində dəstək göstəriləcəkdir.

Startapçılar layihələrin qeydiyyatı formasını aşağıdakı linkdən yükləyə bilərlər:

 Layihələrin qeydiyyatı forması

Startapçılar doldurulmuş formanı Fondun rəsmi elektron poçt ünvanına göndərə bilərlər ([email protected]).

Əlavə məlumat üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fonduna müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 310-23-01

Faks: (012) 432-37-17

e-mail: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)