10 Sentyabr 21:12

“İrəli” İB-nin SAY layihəsi gəncləri birləşdirir, komanda yaradır

“İrəli” İctimai Birliyi tərəfindən uzun müddətdir davam edən SAY hərəkatının
növbəti “SAY:Unity” layihəsi baş tutub.

Açıq hava şəraitində qurulan yaşayış çadırlarında qalan iştirakçılar gənclərlə iş üzrə

aparılan inkişafetdirici fəaliyyətlərin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi
imkanlar yarada biləcəyi haqqında daha ətraflı məlumatlar əldə ediblər. Ümumilikdə
layihə çərçivəsində gənclərə vahid komanda halında işləmək, komanda quruculuğu,
komanda əhval-ruhiyəsinin artırılması istiqamətləri üzrə təlimlər keçirilib. Komanda
quruculuğu haqqında danışılarkən “Effektiv komandanın səciyyəvi xüsusiyyətləri,
Komandanın inkişafı və birliyi, Konstruktiv Kommunikasiya” haqqında ətraflı olaraq
layihə iştirakçılarına məlumatlar verilib.

“İrəli” gənclərinin təşəbbüsü nəticəsində baş tutan “SAY: Unity” layihəsi “İrəli”
İctimai Birliyinin SAY hərəkatı adı altında keçirdiyi sayca 8-ci layihədir.
Azərbaycanın Quba rayonunda baş tutan layihədə 50-ə yaxın gənc iştirak edib.

Layihə çərçivəsində Azərbaycanın atributlarını özündə əks etdirən 6 komanda
(“Alov”, “Muğam”, “Kəpəz”, “Nar”, “Qobustan” və “Xarı Bülbül”) müxtəlif
fəaliyyətlər üzrə bir-biri ilə mübarizə aparıblar.

Maarifləndirici əhəmiyyət daşıyan bu layihənin produktiv olması əsas məqsəd olub
və çərçivəsində praktiki sessiya: komanda təqdimatları baş tutub və bir neçə fərqli
istiqamətlər üzrə komandalar yarışıblar. Layihənin növbəti günlərində Hiking və
həmrəylik oyunları keçirilib. Eyni zamanda ip dartma, Voleybol və futbol yarışı
keçirilib, praktiki sessiyada komandalar hazırladıqları rəqsləri təqdim ediblər.

Düşərgə müddətində “İrəli” İctimai Birliyin sədri MirHəsən Seyidov gənclərlə
birlikdə olub və öz çıxışında komanda halında işləməyin, birlik olmağın vacibliyini
vurğulayaraq gənclərlə müxtəlif müzakirələrdə iştirak edib. “Ölkə başçısı hər zaman
gəncləri qətiyyətlə dəstəkləyir. Dövlət siyasətinin əsasında gənclərin milli ruhda,
vətənpərvər, təhsilli və sağlam gənc kimi yetişməsi ana məqsəddir. Gənc kadrların
yüksək vəzifələrə təyin olunması, istedadlı gənclərimizin ölkəmizdə və xaricdə
qazandıqları nailiyyətlər, Azərbaycanı uğurla təmsil etməsi məhz uğurlu dövlət
gənclər siyasətinin bariz nümunəsidir”-deyə, sədr bildirib.

Qeyd edək ki, “İrəli” İctimai Birliyi bundan öncə də hər il “SAY: Support of
Azerbaijan Youth” hərəkatı adı altında “SAY:Könüllülük Akademiyası”, “SAY:
Green”, “SAY:Multikulturalizm”, “SAY:Volunteering Festival”, “SAY:Solidarity”,
“SAY:All Star” və “SAY:Cümhuriyyət” kimi böyük layihələri həyata keçirib və 500-ə
yaxın gənci öz ətrafında toplayıb.

Bəyən və paylaş

Rəylər

rəy(lər)