İR Karyera və təlim üzrə mütəxəssis vakansiyası

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: İR Karyera və təlim üzrə mütəxəssis
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
Təhsil: Ali təhsil (İqtisadiyyat,Psixologiya,Sosiologiya,Menecment,MBA təhsili üstünlükdür)
Təcrübə: Sahə üzrə minimum 1 il
Yaş həddi: 23-30
Bəy namizədlərə üstünlük veriləcəkdir.

Vəzifənin təsviri:

Təlimlərin, inkişaf yönümlü tədbirlərin təşkilini reallaşdırır və fəaliyyətlərin səmərəliliyinin yoxlanılmasına, karyera və inkişaf yönümlü layihələrin təşkili və gedişatına dəstək olur.

Vəzifə öhdəlikləri:

– Təlim ehtiyaclarının araşdırılması prosesində iştirak etmək;
– Təlim ehtiyac blanklarını(TEB) tərtib etmək;
– Təlim şirkətləri ilə görüşlər,təlim üçün qiymət təklifi almaq;
– Təlim zamanı davamiyyətin təqib olunamasını təmin etmək;
– Tərəfdaş şirkətlərin araşdırılması;
– Təlim planının hazırlanması prosesində iştirak etmək;
– Təlimlərin hazırlanması və tədris edilməsi;
– Kritik vəzifələr və davamçı proqramınını təşkil və təqib etmək;
– Yeni işə qəbul olunan əməkdaşlara orientasiya təlimi keçmək;
– Təlim və inkişaf fəaliyyətləri üzrə mütəmadi hesabatlar hazırlamaq, təhlillər həyata keçirməkdə dəstək olmaq;
– Təlimlərin həyata keçirilməsi və təkmilləşdirilməsinin monitorinqinin aparılmasına dəstək olmaq və bunlarla əlaqədar lazımi fəaliyyətləri göstərmək;
– Öhdəliyinə verilmiş təlimlərin təşkili və təhlili işlərinin reallaşmasına dəstək olmaq;
– Əlavə korporativ fəaliyyətlər.

Tələblər:

– Yaxşı ünsiyyət qurma bacarığı;
– Analitik düşünmə qabiliyyəti;
– Azərbaycan,Rus və İngilis dili əla səviyyədə;
– MS Office proqramları biliyi;(MS Power Point Əla səviyyədə)
– Komandada işləmək bacarığı;
– Məsuliyyətli və detallara qarşı diqqətlilik;
– Təlim,öyrənmə və inkişaf sahəsində nəzəri və praktiki biliklər.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə;
– Endirimli tibb xidməti;
– 5 günlük iş qrafiki.

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “İR Karyera və təlim üzrə mütəxəssis Edumap.az” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Bir cavab yazın

Back to top button