Cümə axşamı, 21 Avqust, 2025

“İrəli” İctimai Birliyi gəncləri Xocalı soyqırımı ilə əlaqədar aksiyada fəal iştiraka səsləyir


  • Dərc edildi: 21 Fevral, 2022 - 11:15
“İrəli” İctimai Birliyi gəncləri Xocalı soyqırımı ilə əlaqədar aksiyada fəal iştiraka səsləyir

“İrəli” İctimai Birliyi gəncləri Xocalı soyqırımı ilə əlaqədar aksiyada fəal iştiraka səsləyir   “İrəli” İctimai Birliyi gəncləri Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar sosial şəbəkələrdə keçirəcəyi aksiyaya aktiv şəkildə qoşulmağa dəvət edir. İctimai Birlikdən bildirilib ki, aksiyanın məqsədi Azərbaycan xalqına qarşı törədilən soyqırımı, etnik təmizləmə və işğal siyasətinin acı nəticələrini dünya ictimaiyyətinə çatdırmaq, faciə haqqında geniş məlumatlandırma işi aparmaqdır. Ümumilikdə 1000-dən çox gəncin iştirakı ilə keçiriləcək kampaniya çərçivəsində tvitter sosial şəbəkəsi üzərindən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xarici dillərdə maarifləndirici, infoqrafik məlumatların paylaşılması nəzərdə tutulub. “İrəli” gəncləri xaricdə yaşayan həmyerlilərimizin də iştirakı ilə üzərində “Justice For Khojaly” yazılan vərəqlərlə şəkil çəkdirərək, müvafiq həştəqlərlə sosial şəbəkə hesablarında paylaşım edəcəklər. Fevralın 27-dək davam edəcək aksiyaya qoşulmaq istəyən şəxslər “Twitter”də #Justiceforkhojaly, #KhojalyGenocide, #XocalıyaƏdalət, #Khojaly30, #Xocalı30, #HocalıKatliamı, #ireli2022 həştəqlərindən istifadə edərək, soyqırımı ilə bağlı gerçəkləri özündə əks etdirən məlumatları paylaşaraq, faciə barədə obyektiv məlumatların daha böyük auditoriyaya çatdırılması işinə töhfə verə bilərlər. “İrəli” İctimai Birliyi olaraq gənclərimizi bütün fəaliyyətlərə aktiv şəkildə qoşulmağa dəvət edirik.

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 49
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7054
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1815
Azərbaycan Texnologi...