“İrəli” İctimai Birliyi təcrübə proqramını elan edir

“İrəli” İctimai Birliyi təcrübə proqramını elan edir

 

“İrəli” İctimai Birliyi gənclərin bilik, praktiki bacarıqlar və şəxsi inkişafına dəstək vermək
məqsədi ilə yenidən gənclər üçün təcrübə proqramı elan edir. İctimai birlikdən bildirilib ki, proqramda iştirak etmək istəyən gənclər qurumun “İnsan Resursları”, “Mətbuat Katibliyi”, “İrəli” Media Mərkəzi, “Beynəlxalq Əlaqələr Katibliyi”, “Layihələrlə iş üzrə katiblik” istiqamətləri üzrə  müraciət edə bilərlər. Təcrübə proqramına seçilən gənclərin seçim prosesi müraciətlərin qəbulu və onlayn müsahibələrin keçirilməsi üzrə iki mərhələdə aparılacaq. Mövcud pandemiya vəziyyəti ilə əlaqədər olaraq  gənclər əsasən sərbəst və uzaqdan iş prinsiplərində olacaq.

Üç ay davam edəcək təcrübə müddətini uğurla başa vuracaq gənclər şəhadətnamə ilə təltif olunacaqlar. Təcrübə proqramına 17-25 yaşlarında, təşəbbüskar, məsuliyyətli, komanda ilə işləmə bacarığına sahib olan gənclər qatıla bilərlər.

Qeyd edək ki, təcrübə proqramı ödənişsiz əsaslarla həyata keçirilir.
Ərizələr sentyabr ayının 20-də saat 12:00-dək qəbul ediləcək.
Qeydiyyat və ətraflı məlumat üçün link: http://ireli.az/tecrubeqazan/.

Əgər siz də, ictimai sferada özünüzü tanıtmaq və ictimai fəaliyyətinizi inkişaf etdirmək istəyirsinizsə, “İrəli” ailəsinə qoşulun!

Bir cavab yazın

Back to top button