19 Yanvar 15:47

“İRƏLİ” İctimai Birliyində təcrübə proqramı

Əgər Siz də gəncsiniz, dinamiksiniz, sosial fəaliyyətə qoşulmaq, aktiv həyat tərzi keçirmək və ən əsası iş təcrübəsi qazanaraq bilik və bacarıqlarınızı artırmaq istəyirsinizsə o zaman təklif edilən bu fürsəti qaçırmayın.

“İRƏLİ” İctimai Birliyinində təcrübə keçmək haqqı qazanaraq siz aşağıda qeyd olunan katibliklər tərkibində fəaliyyətinizə start verə bilərsiniz:

– Layihələrlə iş üzrə katiblik;

– İnsan Resursları Katibliyi;
– Mətbuat Katibliyi;
– Beynəlxalq əlaqələr üzrə katiblik;
– Regionlarla iş üzrə katiblik;
– Humanitar Sosial məsələlər üzrə katiblik.

Təcrübə müddəti 3 ay davam edəcəkdir, təcrübəni uğurla başa vurmuş gənclər şəhadətnamə ilə təltif olunacaqdır.

Təcrübə proqramı üçün tələb olunan meyarlar:

– Yaş həddi 18-25
– İşində yüksək motivasiyalı olmalı
– Təşəbbüskar və məsuliyyətli olmalı
– Komanda ilə işləmə bacarığı olmalı
– Xarici dil biliklərinə sahib olmalı

Əgər siz də ictimai sferada özünüzü tanıtmaq və ictimai fəaliyyətinizi inkişaf etdirmək istəyirsinizsə, “İRƏLİ” ailəsinə qoşulun!

Son müraciət tarixi: 23.01.2018

Qeydiyyat üçün aşağıdakı linkə daxil olun:
http://ireli.az/elanlar/

Bəyən və paylaş