12 Sentyabr 22:54

İrəli Radio (iRadio) “Təcrübə Proqramı” elan edir

“İRƏLİ” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən İrəli Radio (iRadio) “Təcrübə Proqramı” elan edir!

Əgər Siz də gəncsiniz, dinamiksiniz, sosial fəaliyyətə qoşulmaq, aktiv həyat tərzi keçirmək və ən əsası radio aparıcısı olmaq istəyirsinizsə, sizə təklif edilən bu fürsəti qaçırmayın.

Gənclərdən ibarət komandada çalışaraq, peşəkar jurnalistlər tərəfindən keçiriləcək təlimlərlə yanaşı praktiki bacarıqlarla karyeranızın təməlini qura və əvəzsiz təcrübə əldə edə bilərsiniz!

Təcrübə 3 ay müddətində davam edəcək.

 

Seçim iki mərhələdən ibarət olacaq:

1-ci mərhələ: ərizələrin qəbulu ( 11-21 sentyabr 2019)

2-ci mərhələ: fərdi müsahibələrin keçirilməsi ( 22-27 sentyabr 2019)

iRadio – da sizin üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri:

– Radio Aparıcı

– Musiqi tərtibatçısı (DJ)

– Prodüsser

Əlavə məlumat üçün:

“İRƏLİ” İctimai Birliyi

Ünvan: Bakı Səməd Vurğun 43, Dünya Biznes Mərkəzi, 4-cü mərtəbə

Telefon: (+994 12) 597 48 13

(+994 55) 220 76 72

[email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)