İrşad Electronics şirkəti aşağıdakı rayonlarda yaşayan şəxslər üçün “Kredit mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir

Öz uğurlu karyeranı bizimlə qur!
İrşad Electronics şirkəti Bakı, Masallı, Qəbələ, Gəncə və Quba rayonunda yaşayan şəxslər üçün “Kredit mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir!
Vəzifə və öhdəliklər:

– Müştəriyə kredit məhsulları haqqında məlumatın verilməsi;
– Kredit müraciətlərinin qəbulu və analizi;
– Kredit portfelinə nəzarət və idarə etmək;
– Müştəri hesablarının aparılmasına dair xidmətlər;
– Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.

Tələblər:

– Yaş: 23-35 arası;
– Cinsi: Kişi;
– Azərbaycan dili səlis, rus və ingilis dillərini bilməyi arzuolunandır;
– Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) işləyən
namizədlərə üstünlük veriləcək;
– Ünsiyyətcil, təşəbbüskar;
– Komandada işləmək bacarığı;
– Analitik zəka, məntiq, müştərilərlə işləmək qabiliyyəti;
– Riyazi hesablama aparmaq qabiliyyəti;
– Mükəmməl kommunikasiya qabiliyyəti;
– İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
– İş təcrübəsi olmadığı təqdirdə iqtisadi ali təhsilə üstünlük verilir.
İş şəraiti:

– İşə qəbul: AR Əmək Məcəlləsinə əsasən sənədləşdirilmə aparılır;
– Əməkhaqqı: razılaşma əsasında.

Hazır CV formasını [email protected] elektron poçt ünvanına yollaya bilərsiniz.
☎️ *0171

Bir cavab yazın

Back to top button