27 Aprel 19:11

İş axtaranlar üçün ümumi tövsiyələr: Müsahibə günü

Müsahibə günü

Bir çoxlarımız həyatımızda bir dəfə də olsa iş müsahibəsində iştirak etmişik.

İlk müsahibənin həyəcanını da yagin hər kəs xatırlayar.

Müsahibə günü üçün ən əsas tövsiyələri sadalamaq istərdim:

1)   Müsahibəyə təyin olunan vaxtdan 10-15 dəqiqə öncə gedin. Nəzərə alın ki, sizi müsahibə edəcək şəxslə görüşənə qədər ən azından həmin şirkətin mühafizə postu, qeydiyyat masasından keçəcəksiniz və bunlar hər birisi zaman aparır. Bütün bu qeydiyyat və yoxlama proseslərini keçdikdən sonra əlavə 5 dəqiqə vaxtınız qalsa, dərindən nəfəs alın və çalışın çox həyəcanlanmayasınız)

2)   Əmin olun ki, telefonunun səssisz rejimdə və ya sönülüdür.

3)   Müsahibə otağına dəvət aldıqda bir azca da olsa gülümsəməyə çalışın, salamlaşın, özünüzü tədim edin. Bunlar etikanın əsasları olsa da, bir çox insan həyəcandan dolayı salamlaşmağı belə unudur.

4)   Müsahibənin bir neçə növləri olur. Ən çox istifadə olunan canlı müsahibələrdən tet-a-tet görüş və panel müsahibəsidir (müsahibə aparanların sayı 2 və daha çoxdursa).

5)   Müsahibələrin formatı, suallar və gözlənilən cavablar çox fərqlənə bilər, əsas odur ki, qarşınızdakı şəxsi aldatmağa cəhd etməyəsiniz və səmimi olasınız. İnanin ki, qeyri-səmimi insanları təcrübəli bir HR nümayəndəsi dərhal müəyyənləşdirəcək.

6)   Özünüzlə gətirdiyiniz qeyd dəftəri və qələmi masanın üzərində saxlayın ki, müəyyən vacib qeydləri apara biləsiniz.

7)   İşə həvəsli olduğunuzu nümayiş etdirin (namizəd çox passiv olduqda, işə həvəssis olması təəssüratını yaradır)

8)   Müsahibənin sonunda əksər hallarda namizədə də sual vermək şansı yaradılır və bu şansdan faydalanmağa çalışın. Öncədən verəcəyiniz suallar hazır olmalıdır və çalışın suallar peşəkar olsun. Bəzən namizədlər çox sual verməklə daha da savadlı görünəcəklərini düşünərək işə aidiyyəti olmayan, gülünc suallar verirlər və beləliklə öz namizədliklərini də şübhə altına salırlar.

Tövsiyə olunur ki 2-3 sualdan artıq olmayaraq işlə bağlı aydın olmayan məsələni dəqiqləşdirəsiniz.

Unutmayın ki, adətən şirkətlərdə iş müsahibələrin sayı 2-3 və daha çox ola bilər.

Buna görə də ilkin müsahibə zamanı ilkin aydın olmayan məsələləri müəyyənləşdirin, daha sonra isə detalları soruşmaq şansınız mütləq olacaqdır.

Jeyran Farazi

Bəyən və paylaş