İş icraçısı vakansiyası

Vəzifə – İş icraçısı

İş yeri – Abşeron rayonu, Məhəmmədi kəndi
İş təcrübəsi – 5 il
Təhsil – İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil

İşin Təsviri:

İşçi briqadalarının iş bölgülərini təyin etmək, istehsalat tapşırıqlarını vermək və onların keyfiyyətli icrasına nəzarət etmək.

Vəzifə öhdəlikləri:

– Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
– Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
– Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
– Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
– Layihədəki işlərə rəhbərlik etmək;
– Layihə-smeta sənədləri üzrə lazımi hesabatlar hazırlamaq;
– İşçi briqadalarının iş bölgülərini təyin etmək;
– İşçi briqadalarının istehsalat tapşırıqlarını vermək və onların keyfiyyətli icrasına nəzarət etmək.

Tələblər:

– Tikinti sahəsində qabaqcıl təcrübədən istifadə etmək bacarığı;
– Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmçinin tikinti istehsalının texnologiyasını, təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilmək;
– Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentləri, tikinti normaları, qaydaları və texniki şərtləri bilmək;
– MS Office proqramlarını bilmək.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– Bir gün istirahət günü;
– Nahar ilə təmin edilmə.

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “İş icraçısı Edumap.az” yazmaqla müraciət edilir.

Bir cavab yazın

Back to top button