21 Aprel 16:41

“İş Marafonu” layihəsi başlayır

“ABŞ Təhsilli Azərbaycan Məzunları” İB olaraq sizin üçün dördüncü dəfə “İş Marafonu” layihəmizə start veririk!📣

Əgər siz də karyeranıza haradan başlayacağınıza qərar verməmisinizsə, müraciət etdiyiniz müvafiq vakansiyalardan müsbət cavab ala bilmirsinizsə, müsahibədə həyəcandan nə deyəcəyinizi unudursunuzsa, bu layihə məhz sizin üçündür!

Silsilə təlimlərimiz aşağıdakı mövzularımızı əhatə edəcək👇
📌Əmək bazarı və karyera planlaşdırılması;
📌Düzgün CV/Rezyume hazırlanması;
📌Müsahibəyə hazırlıq;
📌Böyük şirkətlərdə karyera inkişafı;
📌Biznes düşüncəsi.

Bu dəfə təlimlərimiz onlayn şəklində həyata keçiriləcəkdir. Təlimlərdə iş axtarışında olan tələbələr və məzun olmuş şəxslər iştirak edə bilərlər. Layihə 2 həftə davam edəcək və iştirak ÖDƏNİŞSİZDİR!

Yalnız 25 nəfər gəncin bu şansı əldə edəcəyini nəzərə alaraq, ən qısa zamanda aşağıdakı link vasitəsiylə
qeydiyyatdan keçməyiniz tövsiyə edilir.

https://bit.ly/ismarafonu4

Bəyən və paylaş