11 Yanvar 11:43

İş müsahibəsindəSƏN! layihəsi

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Amil Şirinovun layihə rəhbəri olduğu “İş müsahibəsindəSƏN!” layihəsi həyata keçiriləcək.

Layihə gənclərin iş üçün düzgün müraciət və işə qəbul üçün uğurlu müsahibə qaydaları haqqında maarifləndirilməsi məqsədini daşıyır. Bu məqsədlə tələbə gənclərə 3 gün müddətində (həftəsonları olmaqla) peşəkar CV hazırlanması və müsahibələrdən uğurla keçmə, uğurlu karyera qurma yollarını aşılayan praktiki təlimlər keçiriləcəkdir. Layihə Bakı şəhərində icra olunacaq.

Təlimlər aşağıdakı mövzuları əhatə edəcək:

– CV-nin növləri;
– CV-ni necə tərtib etməli?;
– CV-nin formatı və tərkibi;
– CV hazırlayarkən diqqət ediləcək təməl qaydalar;
– CV-yə əlavələr;
– müsahibə formaları;
– iş müsahibəsinə necə hazırlaşmalı?;
– HR kimi düşünmək, şirkət sizdən nə istəyir?;
– iş görüşməsi, müsahibə zamanı ünvanlanan suallar;
– iş müsahibələri zamanı necə davranmalı?;
– iş müsahibəsində özünü təqdim etmə bacarığı, inandırma;
– karyerada ilk addım;
– özünü qiymətləndirmə və inkişaf;
– hədəf və məqsədləri müəyyən etmə;
– düzgün karyera planlaşdırılması.

Təlimlər Odlar Yurdu Universitetinin Karyera və İnkişaf Mərkəzinin rəhbəri, ish.az saytının təsisçisi, İnsan Resursları üzrə mütəxəssis Zaur Məmmədov tərəfindən keçiriləcəkdir.

Layihədə iştirak edən bütün iştirakçılar sonda sertifikatla təmin olunacaqlar. İştirak ödənişsizdir!
Müraciət üçün onlayn qeydiyyatdan keçin: https://goo.gl/y5x7dC

Müraciət üçün son tarix: 11 yanvar 2019-cu il

Qeydiyyatdan keçən bütün iştirakçılara təlimlərin keçirilmə yeri və vaxtı öncədən bildiriləcəkdir.

Əlavə suallarınız və məlumat üçün:
Tel: 051 550 28 69
Email: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)