İşçilərin gördükləri işə bağlı olmaları niyə vacibdir?

İşçilərin gördükləri işə bağlı olmaları niyə vacibdir?

Təhsil və müasir təhsilin nəticəsi olan əsaslı iqtisadiyyat hal-hazırda bir ölkəni güclü edən ən əsas amillərdən biridir. Odur ki, son illərdə Azərbaycanda, eləcə də bütün dünya ölkələrində təhsilin inkişfı, şagird və tələbələrin nəticələrinin yüksəldilməsi üçün davamlı olaraq islahatlar aparılır. Təhsilin uğurlu olmasının təməl səbəblərindən biri isə keyfiyyətli müəllim kadrlarının olmasından asılıdır. İllərin araşdırmaları da bir  daha sübut edir ki, ixtisaslaşmış müəllim kadrlarının olduğu ölkələrin beynəlxalq test nəticələri hər zaman yüksək olur. Lakin, bu nəticələrin yüksək olmasına səbəb yalnız professional inkişaf deyil, müəllimlərin öz işlərinə olan bağlılıqları da önəm daşıyır.Bu məqalədə biz, işçilərin işə bağlılığı dedikdə nəyin nəzərdə tutulduğunu, onların işə bağlılıqlarının necə yoxlanıldğını və bu bağlılığı təmin edən bəzi amillərdən danışacağıq.

İşçilərin işə bağlılığı dedikdə işçilərin aktiv şəkildə bütün əqli, emosional və davranış resurslarını işdəki rolunu yeriə yetirmək üçün səfərbər etməsinə deyilir.

Əqli bağlılıq işçinin gördükləri işi nə dərəcədə mənalı hesab etdiklərindən, iş yerlərində təhlükədən kənar (fiziki, emosional və psixoloji) hiss etdiklərindən, həmçinin yerinə yetirəcəkləri tapşırıq üçün kifayət qədər resurslarının olmasından qaynaqlanır. İşçi əgər koqnitiv (əqli) resurslarını iş üçün səfərbər edirsə, aşağıdakı cümlələrin doğruluğunu təsdiqləyir:

“Mənim etdiyim iş işlədiyim müəssisəyə töhfə verir.”

“Mən işdə özümü güvəndə hiss edirəm; burda heç kim məni ələ salmaz.”

İşə emosional bağlılığı olan əməkdaş fəxarət və müəssisəyə güvən hissinə sahib olur və bütün biliklərini işin icrasına sərf edir. İşə emosional bağlılıq dedikdə isə, işçi sıradakı cümlələrə pozitiv cavab verir:

“Mən işlədiyim müəssisəsəyə bağlılıq hiss edirəm.”

“Burda işlədiyimə görə fəxr edirəm.”

Davranışsal bağlılıq koqnitiv və emosional bağlılığın fiziki formada təzahürüdür və işçi bunu verilən tapşırıqları yerinə yetirərkən daha çox çalışaraq göstərir. Davranışsal bağlılıq dedikə işçi bunları nəzərdə tuta bilər:

“İşləyərkən, məndən gözləniləndən daha artığını edirəm.”

“Çalışdığım müəssisənin uğurlu olması üçün məndən gözləniləndən daha artıq işləyirəm.”

İşə bağlılığı təmin edən əsas göstəricilər bunlardır:

  • Dəyərli olduğunu hiss etmək
  • İşçi və işi təmin edən arasındakı iki tərəfli ünsiyyət
  • İdarəedicilərin işçinin rifahı ilə maraqlanması
  • Professional inkişaf imkanları

Müəllimlərin işə bağlılığı niyə vacibdir?

İşlərinə bağlı olan müəllimlər:

  • Dərsərini yüksək səviyyədə keçirlər
  • Şagirdlərin dərsdə daha aktiv iştirakını təmin edə bilirlər.
  • Effektiv dərslərin nəticəsi olaraq şagird nailiyyəti yüksəlir.
  • Sağlamlıqlarından daha az şikayət edirlər və daha az tükənmişlik sindromundan əziyyət çəkirlər.
  • Daha məhsuldar olurlar və dərsdən kənar məktəbdaxili işlərdə fəal iştirak edirlər.
  • Işləri iləəlaqəli çətinliklərin öhdəsindən daha rahat gəlirlər.

 

Ümumilikdə, araşdırmalar göstərir ki, işə bağlı olan işçilər daha məhsuldar olurlar, fəaliyyət göstərdikləri müəssisələrdə daha uzun müddət qalırlar və digər əməkdaşlarla daha müsbət əlaqə qururlar.

İşçilərin işə bağlılıqları yalnız individual deyil, həm də milli səviyyədə qiymətləndirilə bilər.

  • İşçilərin işə bağlılıqları yüksək olan ölkələrdə insanların xoşbəxtlik səviyyəsi ümumilikdə yüksək olur və onlar işlərindən məmnun olurlar.
  • İşçilərin işə bağlılıqları ölkənin iqtisadi fəaliyyəti və məhsuldarlığı ilə əlaqəlidir.
  • İşçilərin işə bağlılıqları yüksək olan ölkələrdə: insanların asudə vaxtlarına qiymət verilir, ölkədə demokratiya yüksək, korrupsiya isə aşağı olur, gender bərabərliyi təmin olunur, insanların ehtiyacları qarşılanması təmin edilir.

Aşağıdakı xəritə Avropanın ölkələrində insanların işə bağlılıqlıq səviyyələrini göstərir.

Yaşıl – ən yüksək

Sarı – orta səviyyə

Qırmızı – ən aşağı səviyyə

Əminət Diqanayeva

ELTE Universiteti, Təhsilin İdarəedilməsi ixtisası, Magistrartura Tələbəsi

Bir cavab yazın

Back to top button