14 İyul 16:20

İşə qəbul mütəxəssisi vakansiyası

Vəzifə: İşə qəbul mütəxəssisi

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1-3 il

Təhsil: Ali təhsil
Yaş həddi: 23-30 yaş

İşin təsviri: İşə qəbul və işəgötürən-işçi münasibətlərinin tənzimlənməsi.

Vəzifə öhdəlikləri:

– İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
– Strukturlardan daxil olan işçi tələbinin analizi, kriteriyaların müəyyənləşdirilməsi
– Verilən elanlar nəticəsində şirkətin bazasına daxil olan CV-lər və müraciətlərin kateqoriyalara görə sinifləndirilməsi və uyğun namizədlərin seçilməsi
– İş elanları hazırlayaraq internet protalında, sosial şəbəkələrdə, işə qəbul agentlərin saytlarında yerləşdirərək onlarla əlaqə qurmaq
– Namizədlərlə görüşərək ilkin müsahibələrin aparılaraq səriştələrini müəyyən edilməsi, aidiyyatı testlər apararaq cavabların analizi, referansların yoxlanılması və Nəticələrin iş tələbinə uyğun qarşılaşdırılması;
– Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
– Şirkətin işə qəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarət edilməsi;
– İşə qəbul hesabatlarının hazırlanması;
– Daxili dəyərləndirmə nəticəsində İşçilərin testlərə tabe tutulması və müsahibələrin aparılması
– İşə yerləşdirmə zamanı lazımı strukturlara işçinin ilkin məlumatlarının göndərilməsi
– CV qovluqlarının yaradılması, digər sənədləşmə işlərinin aparılması, sənədlərin arxivlənməsi
– Məlumatların excel bazasında yığılması, uçotun aparılması

Tələblər:

– İşə qəbul müsahibələrinin aparılması bacarığı;
– Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
– Performansın idarəedilməsi sahəsində biliklər;
– İş və iş yükü analizlərinin aparılması barədə məlumatlı olmaq;
– MS Office kompüter proqramlarından istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

İş şəraiti:

– 6 günlük iş həftəsi
– İş vaxtı: 08:00 -17:30
– Nahar yeməyi şirkət tərəfindən verilir
– İşçi AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilir.

Əmək haqqı namizədə görə təyin olunacaq

Uyğun namizədlər cv formalarını [email protected] e-mailinə başlıq “işə qəbul mütəxəssisi” yazmaqla göndərə bilərlər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)