12 May 19:25

İşə Qəbul prosesinə dəstək məqsədilə yeni layihəyə başlanıldı

 

İşə Qəbul prosesi zamanı dəstək məqsədilə aldığım çoxsaylı müraciətlərdən sonra yeni məzun və ya iş təcrübəsi olmayan (az olan) şəxslər üçün şəxsi layihəmin başlanmasına qərar verdim.

 

Bu layihə ancaq Azərbaycan vətəndaşlarına şamil olunacaq.

 

Layihənin məqsədi, iş qazanmaq istəyən 5 tələbə və ya yeni məzunu seçərək, iş müsahibələrinin bütün mərhələlərində onlara dəstək olmaqdır.

 

Ancaq seçilmiş şəxslərlə tərəfimdən əlaqə saxlanılacaq və şəxsi tövsiyələrimi alacaqlar.

 

 

Qaydalar aşağıdakı kimidir

 

  • Dəstək almaq istəyən şəxs qısa tərcümeyi-hal və karyera planını yazaraq mənə mesaj göndərməli
  • Mesaja CV əlavə edilməli
  • Müraciət edən şəxs universitet tələbəsi və ya yeni məzun olmalı
  • Mesaj və CV yazmaq üçün dil seçimi sərbəstdir (Azərbaycan, İngilis və ya Rus)
  • Qeyri-rəsmi və ya ad, soyadı reallığa uyğun olmayan profillər nəzərə alınmayacaqdır

 

Heç bir ödəniş tələb olunmayacaq! Bu sadəcə gənclərimizə könüllü dəstəkdir.

 

Müraciətlər üçün son tarix 25 May, 2020-ci il. Daxil olan bütün mesaj və CV-ləri incələdikdən sonra 5 nəfər seçiləcək və onlarla əlaqə saxlanılacaqdır.

 

Mən mükəmməl bir hekayə və ya CV axtarışında deyiləm, çünki əsas məqsədim məhz düzgün CV-nin tərtib olunmasında və iş müsahibələrinə hazırlıqda köməklik göstərməkdir.

 

 

Müraciətlər üçün bu profilə yazmağınız xahiş olunur:

https://www.linkedin.com/in/jeyran-farazi/

 

Bəyən və paylaş